Siyasət

  • 1 979

Qalib ölkənin güclü iqtisadiyyatı

image

25 noyabr 2022-ci il tarixində Bakıda başlayan ADA Universitetində “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı konfrans 26 noyabr 2022-ci il tarixinə qədər davam edib. Konfransda Türkiyə, ABŞ, Belçika, Birləşmiş Krallıq, Bolqarıstan, Kanada, Misir, Fransa, Gürcüstan, İsrail, İtaliya, İsveçrə, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak edib.ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Prezident İlham Əliyevin iştirakı ilə keçirilən beynəlxalq konfrans artıq üçüncü dəfədir ki təşkil olunur. Konfransın əsas məsələsi region üçün çox önəmli olan “Orta Dəhliz” məsələsinə yönəlmişdir. Azərbaycanın geostrateji yerdə yerləşir - həm ticari, həm də siyasi nöqteyi-nəzərdən qovuşuqda yerləşir. Öz dövründə Ümummilli Lider Heydər Əliyev böyük Avrasiyanın yeni enerji xəritəsini məharətlə cızaraq enerji dəhlizlərini yaratmışdır. Və müasir dövrümüzə qədər də özünə diqqəti cəlb edir.Konfransda təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olundu.Dövlətin iqtisadi təhlükəsizliyi vacib tərkib məsələdir. İqtisadi təhlükəsizliyin təmin edilməsi ölkənin müstəqilliyinin zəmanətçisi, sabitliyin və cəmiyyətin səmərəli fəaliyyətinin mühüm şərtidir. İnkişaf etmiş ölkələrdə aparılan struktur dəyişiklikləri nəticəsində iqtisadi təhlükəsizlik anlayışı dünya bazarlarında rəqabət qabiliyyətliliyi kimi əlavə edilmişdir. İqtisadi təhlükəsizlik mürəkkəb daxili struktura malikdir. Bu struktura iqtisadi müstəqillik, milli iqtisadiyyatın sabitliyi və dayanıqlığı və özünü inkişaf və tərəqqi bacarığı daxildir.Azərbaycan Prezidenti İlham Əliyev: “Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir. Başqa sözlə desək, fiziki nəqliyyat və logistika infrastrukturunu yaratmaq üçün onlara aid ev tapşırığının yerinə yetirilməsi səviyyəsinin nə yerdə olması da vacibdir.”Uzun illərdir ki, Azərbaycanda sabitlik hökm sürür. Bu sabitlik də iqtisadi inkişafa böyük təsir edir. Güclü iqtisadiyyatı olan ölkə hər zaman qalibdir. Azərbaycanın açıq dənizə və okeana çıxışı olmamasına baxmayaraq, ölkəmiz Avropa ilə Asiyanın arasında yerləşir. Bu da böyük üstünlükdür.Azərbaycan Prezidenti İlham Əliyev: “Əslində, iki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Lakin infrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və biz bu sektora uzun illər ərzində sərmayə yatırmışıq. İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq.”İşğaldan azad olmuş ərazilərdə ən son texnologiyalardan istifadə edilərək yenidənqurma işləri aparılır. Şəhər və kəndlər smart texnologiya platformasına əsaslanaraq tikirik və yenidən qururuq. Noyabrın 26-da konfrans iştirakçıları Ağdam şəhərində səfərdə olublar. Səfər zamanı işğal zamanı törədilmiş dağıntıları yerində müşahidə ediblər. Onlara məhv edilmiş mədəni abidələrin tarixi, həmçinin azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və quruculuq işləri, eləcə də infrastruktur layihələrinə dair ətraflı məlumat verilib. Daha sonra, qonaqların Şahbulaq qalası, Cümə məscidi, Dram teatrı, Şəhidlər xiyabanı və Çörək zavoduna ziyarəti təşkil edilib.

Şəhla Xəlilova
YAP Yasamal rayon təşkilatının Elm və Təhsil Nazirliyin Fizika İnstitutunun
ərazi partiya təşkilatının sədri

Digər xəbərlər