PDF Oxu

Siyasət

  • 2 251

“Prezident regionlar barəsində müfəssəl məlumata malikdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Prezident regionlar barəsində müfəssəl məlumata malikdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Cənab Prezidentin regionlara səfəri regionların sosial inkişafının dövlət başçısının diqqətində olduğunu göstərir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, hər səfər regionlarda çoxsaylı obyektlərin və yeni iş yerlərinin açılması ilə nəticələnir: “Prezident daxili siyasətini ilk növbədə regionların inkişafı ilə sıx sürətdə bağlayır. Bu regionların potensialının tam istifadə edilməsinə, vətəndaşlarımız üçün iş yerlərinin yaradılmasına, xarici və daxili investisiyaların regionların inkişafına yönəldilməsi üçün çox ciddi bir istiqamətdir. Onun hər səfəri bir daha göstərir ki, cənab Prezident regionlar barəsində müfəssəl məlumata malikdir. Hər bir regionun spesifikası onunla bağlı planların qurulmasında nəzərə alınır”.

Ayşən Vəli

Digər xəbərlər