PDF Oxu

Siyasət

  • 2 370

YAP Yasamal rayon təşkilatı fiziki qüsürlü vətəndaşların ailələrini ziyarət edib

YAP Yasamal rayon təşkilatı fiziki qüsürlü vətəndaşların ailələrini ziyarət edib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı tərəfindən 3 dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar rayon ərazisində yaşayan bəzi fiziki qüsürlü vətəndaşların ailələri ziyarət olunub. Ziyarətlərdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, hər il 3 dekabr tarixi bütün dünyada, eləcə də ölkəmizdə Beynəlxalq Əlillər Günü kimi qeyd olunur.B.Nəbiyev Azərbaycanda ölkə rəhbərliyi tərəfindən fiziki qüsüru olan şəxslərə göstərilən dövlət qayğısından danışaraq, bu istiqamətdə bir sıra proqramların həyata keçirildiyini söyləyib. Bu gün YAP Yasamal rayon təşkilatı da fiziki qüsürlü vətəndaşların ailələrini ziyarət etməsində məqsədi, məhz onların qayğıları, problemləri ilə maraqlanmaqdan ibarət olduğunu vurğulayıb. Həmçinin, fiziki qüsuru olan şəxslərin cəmiyyətimizin aktiv sosial təbəqəsi olduğunu və bir sıra mühüm tədbirlərdə, layihələrdə, müsabiqələrdə öz bilik və bacarıqlarını, istedadlarını nümayiş etdirdikləri qeyd olunub. Onların öz potensiallarını nümayiş etdirmələri üçün başda Cənab Prezident İlham Əliyev olmaqla, dövlətimiz tərəfindən hər cür şəraitin yaradıldığını diqqətə çatdırılıb.Fiziki qüsürlü vətəndaşlar onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Bu görüşdən məmnun olduqlarını və ziyarətin onlarda əsl stimul yaratdığını qeyd ediblər.YAP Yasamal rayon təşkilatının təşəbbüsü ilə baş tutan ziyarətlər zamanı ailələrə ərzaq yardımları və hədiyyələr təqdim olunub.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər