PDF Oxu

Siyasət

  • 5 739

Fransız ikiüzlülüyü… - TƏHLİL

Fransız ikiüzlülüyü… - TƏHLİL

Faşizmi dirçəldən Makronun qərəzi tükənmir

Bəli, Qarabağda 44 günlük müharibə başa çatsa da, faşizmi dirçəldən Makronun qərəzli mövqeyi başa çatmaq bilmir. Xatırladaq ki, Bakı ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Fransanın daim ədalətli yanaşma ortaya qoymasını tələb edirdi. Lakin bunun əksi baş verirdi. Heç kimə sirr deyil ki, Fransa 44 günlük müharibənin ilk günündən ermənilərin maraqlarından çıxış edib, dünyanın gözü qarşısında işğalçılığa və separatizmə dəstək verirdi. Təəssüf ki, "demokratiyanın beşiyi" sayılan ölkə və onun bəzi təmsilçiləri indi də ermənipərəst mövqelərindən əl çəkmək fikrində deyillər. Parisin Dağlıq Qarabağ münaqişəsi fonunda daha çox üzə çıxan və aydın görünən erməni simpatiyası, ermənilərin haqlarını qorumağa çalışmaları nədən qaynaqlanır?Fransa siyasətçiləri hər zaman ölkə daxilində və xarici siyasətdə ermənilərdən istifadə ediblər və Ermənistana pozuculuq fəaliyyətində dəstək olub. Bu isə Cənubi Qafqazda revanşizmi gücləndirmək və sülhə qarşı təxribat deməkdir.Belə ki, noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda Praqa görüşündən sonra Fransanın təxribatlarını diqqətə çatdıran Prezident İlham Əliyev bəyan etdi ki Fransa Senatının və Milli Assambleyasının təxribatçı addımları isə yalnız vəziyyətin gərginləşməsinə xidmət etməklə yanaşı, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur: «Bütün bunlar bir daha təsdiq edir ki, Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində hansısa formada iştirakı, ümumiyyətlə, mümkün deyil. Və Ermənistanın baş naziri N.Paşinyanın dekabrın 7-də Brüsseldə keçirilməli olan görüşdə Fransa prezidentinin iştirakını da istəməsi danışıqları pozmaqdan başqa bir şey deyil".Prezident İlham Əliyev bir daha qəti şəkildə bildirdi ki, belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz: "Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub. Deməli, bu o deməkdir ki, dekabrın 7-də Brüssel görüşü baş tutmayacaq və baxaq görək, hansı alternativimiz olacaq, vasitəçi kim olacaq, platforma harada olacaq. Mən Ermənistanın baş nazirinin bu qərarını sülh prosesini pozmaq cəhdi hesab edirəm, çünki onlar təsəvvür edə bilərdilər ki, biz buna qarşı olacağıq".Beləliklə, Fransa Milli Assambleyasında Azərbaycana qarşı qəbul olunmuş qətnamə reallığı əks etdirmir və tamamilə qərəzlidir. Senatın ardınca Milli Assambleyanın da yalan və böhtan dolu bir sənədi qəbul etməsi isə Fransanın ölkəmizə münasibətdə ədalətsiz yanaşmasının təzahürüdür. Çünki bütün dünyaya məlumdur ki, kim təcavüzkar, kim təcavüzə məruz qalan ölkədir. Və ATƏT-in Minsk qrupunun həmsədri olmuş bu ölkənin təcavüzkar Ermənistanı dost və müttəfiq hesab etməsi, Ermənistana dəstək göstərməsi, ilk növbədə, Fransanın özünə zərbədir.

DƏYİŞMƏYƏN XİSLƏT, YOXSA SAXTA POPULİZM?

Fransa prezidenti Emmanuel Makron ötən il dekabrın 15-də Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla videogörüşünü müşayiət edərkən, özünün “Twitter” səhifəsində Ermənistana dəstək olacağını qeyd edib. Fransa prezidenti "Biz erməniləri heç vaxt tərk etməyəcəyik. Biz həmişə davamlı sülhün bərqərar olması üçün həll yolları axtaracağıq. Mən qarşıdan gələn bayramları sülh və humanitar sahədə nailiyyətlər dövrünə çevirməyə çağırıram"- yazıb. Ancaq onun səhəri günü isə Makronun vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında daha bir görüş baş tutub. Fransa Prezidenti Emmanuel Makron feysbukdakı hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib. Qeyd edək ki, hətta o, Azərbaycan dilində status yazıb: «Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da baş nazir Paşinyanla birgə irəlilədik”, - paylaşımda bildirilib.Bu yerdə qalırsan nə deyəsən. Göründüyü kimi, bir-birindən absurd olan fikirlər, və yaxud Makronun absurd bəyanatları. "Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməlidir və tərəflər tutduqları mövqelərə qayıtmalıdırlar”, deyən Makron bildirib ki, "mən həmçinin bütün əsirlərin azad edilməsi, humanitar təşkilatların regiona çıxışına qoyulan məhdudiyyətlərin götürülməsi zərurəti və mürəkkəb minalanmış zonalar məsələsi haqqında düşünürəm". Göründüyü kimi, bir-birindən absurd olan bu cümlələri oxuyarkən Fransa liderinin “soyuq duşa” ehtiyacı olduğu hiss olunur. Onun “Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməlidir, tərəflər tutduqları mövqelərə qayıtmalıdırlar” açıqlaması bu ölkənin liderinin nə qədər absurd nəzər nöqtəsinə malik olduğunun sübutudur.

DÜNYA SİYASƏTÇİLƏRİ EMMANUEL MAKRONU FRANSANIN ƏN ZİDDİYYƏTLİ PREZİDENTLƏRİNDƏN BİRİ, BƏLKƏ DƏ ƏN BİRİNCİSİ HESAB EDİR

Bir sözlə, Emmanuel Makron Fransanın ən ziddiyyətli prezidentlərindən biri, bəlkə də ən birincisidir. Fransız siyasətçilər Makron haqqında belə deyirlər: “O, hamı ilə dostdur, amma heç kimin dostu deyil”.İngilis siyasətçilərin də gəldiyi qənaət budur: “Makron erməniləri müdafiə etməyə məhkum və məcburdur, onu qorxudan əsas məsələ isə odur ki, prezident kimi birtərəfli mövqeyi sonda Fransanın ATƏT-in Minsk qurpundakı həmsədrlikdən uzaqlaşdırılması, regionda təsir imkanlarının hədsiz şəkildə azalması ilə nəticələnə bilər”.Fransız siyasətçilər hesab edirlər ki, “Makronun Qarabağ məsələsindəki hazırkı mövqeyi onun ənənəvi və axına qarşı getmə instinkti (psixoloji durumu) və Fransanın maliyyə sistemindəki erməni dostlarının olması ilə bağlıdır”.Türkiyəli ekspertər düşünürlər ki, Makron kiçik hərəkətlərdən özünə böyük düşmənlər qazana bilmək “qabiliyyətinə” malikdir. Elə sonda Makronun dediyi fikir bir daha onun xislətini göstərir: "Biz heç vaxt erməniləri tək qoymayacağıq. Həmişə davamlı sülh üçün həll yolları axtaracağıq. Qarşıdan gələn bayramların sülh və humanitar sahədə nailiyyətlər dövrünə çevrilməsinə çağırıram".Bəli, bu Makronun sifəti, xislətidir. Belə ki, bu sifətin xisləti olduğunu Makronun prezidentliyi dövründə Azərbaycana səfər etmədiyində gördük. Ancaq müharibədən aylar sonra müşavirləri Makrona anlatdılar ki, Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanla da hesablaşmaq lazımdır. Və bu gün də Makron öz ikiüzlü sifətini və xislətini nümayiş etdirməkdədir. Ancaq Makron və onun kimi ikili standartlardan çıxış edən qərəzli Qərb liderləri anlamırlar ki, nə qədər yarıtmaz mövqey nümayiş etdirsələr də Azərbaycanı haqq işindən yayındıra bilməyəcək. Və buna əmin ola bilərsiniz ki, "Dəmir Yumruq" yerindədir!

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər