PDF Oxu

Siyasət

  • 3 879

"Rusiya müdafiə nazirliyi ikili oyun oynayır" - AÇIQLAMA

"Rusiya müdafiə nazirliyi ikili oyun oynayır" - AÇIQLAMA

“Rus sülhməramlılarının komandanı bəyan etdi ki, sülhməramlılar Azərbaycanın təqdim etdiyi coğrafi əraziləri, şəhər və qəsəbə adlarını Rusiya müdafiə nazirliyinə təqdim edir və ancaq Rusiya müdafiə nazirliyi fərqli toponimləri saytda yerləşdirir”. Bunu millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, Rusiya müdafiə nazirliyi ikili oyun oynayır: “Çünki, Azərbaycanın müdafiə nazirliyi Rusiya müdafiə nazirliyinə bununla bağlı dəflərlə etirazını bildirmişdir. Nəticədə məlum olur ki, Rusiya sülhməramlıların hesabatında coğrafi yerləri Azərbaycan toponimləri ilə qeyd etdiyi halda Rusiya müdafiə nazirliyi erməni toponimləri ilə hesabatları açıqlayır. Rusiyanın ikili oyun oynaması heç də regionda sülhün və əməkdaşlığın yaranmasına xidmət etmir. Əgər Rusiya həqiqətən Azərbaycanla Ermənistan arasında sülhün yaranması və kommunikasiyaların açılmasını istəyirsə məsələlərə ədalətli yanaşmalıdır. Amma müharibənin başa çatdığı iki ildə Rusiyadan belə ədalətli mövqeni görmədik. Sülhməramlılar fəaliyyətində məramsız fəaliyyət göstərirlər. Separatçıların yenidən silahlanmasına şərait yaradır. Süni şəkildə məhv etdiyimiz Dağlıq Qarabağ ifadəsini yenidən canlandırmağa çalışırlar. Hesab edirəm ki, Rusiyanın mövqeyi belə davam edərsə Azərbaycan Fransadan imtina etdiyi kimi Rusiyadan da imtina edə bilər. Bu da birinci növbədə Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdıracaqdır. Azərbaycanın kifayət qədər güclü ordusu da var, həm də beynəlxalq arenada ədaləti dəstəkləyən dostları da var ki, öz suverən ərazinin bütövlüyünü həmişəlik möhkəmlətsin və qorusun”.

Müəllif: Gülyana

Digər xəbərlər