PDF Oxu

Siyasət

  • 2 371

YAP-ın təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib

YAP-ın təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə tədbir keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, M.Naxçıvani küç.29 (Azərbaycan İlahiyyat İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Aqil Şirinov, ərazi üzrə partiya təşkilatının üzvləri, İnstitutun professor- müəllim heyəti və tələbələr iştirak edib.Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri açan Azərbaycan İlahiyyat İnstitutunun rektoru, M.Naxçıvani küç.29 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Aqil Şirinov tədbirin baş tutmasının əsas səbəbinin Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə bağlı olduğunu qeyd edib. Vurğulanıb ki, 30 illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən Yeni Azərbaycan Partiyasına xalqımızın dəstəyi və məhəbbətinin əhəmiyyətli dərəcədə yüksək olması danılmazdır. Sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü tarixi bir anlarda - Qarabağımızın 30 ildən sonra 44 gün ərzində Ali Baş Komandanımız, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə edilən Qələbə günümüzün ikinci ilinin sevincini yaşadığımız günlərdə qeyd edirik. Məhz bu baxımdan da, bu gün Azərbayacanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Həmçinin, 30 ilə yaxın şərəfli yolda Azərbayacanın qazandığı uğurların bələdçisi kimi çıxış edən Yeni Azərbaycan Partiyası bu gün cəmiyyətimizin avanqardı rolunda çıxış edir. Birliyimizin, həmrəyliyimizin, partiyanın təsis olunmasından ötən 30 ilə yaxın müddətdə toplanmış tarixi təcrübə ilə gənc nəslin dinamizmi arasında vəhdətin yaradılmasının və bu kimi mühüm addımlar Yeni Azərbaycan Partiyasının daim təkmilləşməyə, yeniləşməyə açıq olduğunu bir daha əyani şəkildə sübut edir. B.Nəbiyev çıxışının sonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə partiyaya üzv olanları təbrik edib. Sonra Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə partiyanın ictimai-siyasi həyatında rolu olan bir qrup şəxsə Fəxri Fərman təqdim olunub.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər