PDF Oxu

Siyasət

  • 2 010

FRANSA HAQQ-ƏDALƏTDƏN DANIŞACAQ ƏN SON DÖVLƏTDİR ŞƏRH

FRANSA HAQQ-ƏDALƏTDƏN DANIŞACAQ ƏN SON DÖVLƏTDİR ŞƏRH

Qarabağda 44 günlük müharibədən iki il keçməsinə baxmayaraq, Fransanın qərəzli mövqeyi başa çatmaq bilmir. Belə olmasaydı, nə Paris meriyası, nə də Fransa Senatı həll olunmuş münaqişəni separatçılara dəstək məqsədilə yenidən alovlandırmağa hesablanmış addımlar atmazdı.Heç kimə sirr deyil ki, Fransa 44 günlük müharibənin ilk günündən ermənilərin maraqlarından çıxış edib, dünyanın gözü qarşısında işğalçılığa və separatizmə dəstək verirdi. Təəssüf ki, "demokratiyanın beşiyi" sayılan ölkə və onun bəzi təmsilçiləri indi də ermənipərəst mövqelərindən əl çəkmək fikrində deyillər. Belə ki, Fransa siyasətçiləri hər zaman ölkə daxilində və xarici siyasətdə ermənilərdən istifadə ediblər. Onların revanşizmi və separatçılığı dəstəkləməsi isə ciddi təhlükədir.Təhlükəli olan digər məsələ isə məsələyə dini don geyindirmək cəhdləri də var. Bəzi fransız siyasətçilər tərəfindən xristian təəssübkeşliyi, səlibçi düşüncəsi, rasizm meylləri də müşahidə olunur. Bu isə Fransa üçün yenilik deyil. Və bu gün Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi beynəlxalq hüququn işləməməsinin göstəricisidir. Çünki bu gün beynəlxalq hüquq və ədalət güclü olanın tərəfindədir. Təbii ki, Azərbaycan öz gücünü döyüş meydanında sübuta yetirərək tarixi ədaləti bərpa edib. Bu gün isə yanımızda NATO-nun ikinci ən güclü ordusuna malik Türkiyə dayanıb. Bu o deməkdir ki, güc yenə Azərbaycandadır və lazım olarsa, ölkəmiz gələcəkdə də beynəlxalq hüququn işləməsini təmin edəcək. Fransa bu addımlarla Azərbaycanı, sadəcə, özündən daha da uzaqlaşdırmaqla yanaşı, həm də Makronun indi də lazım olmayan məsələlərə müdaxilə etməklə yenə özünü və ölkəsini hörmətdən salır. Belə olan halda Fransa parlamentinin qətnamələri də Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil. Çünki Azərbaycanı Ermənistana qarşı müharibə cinayətləri törətməkdə əsassız ittiham edən Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir. Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Bu yerdə bir faktı qeyd etmək kifayyətdir: Belə ki, 1945-ci ilin əvvəlində Əlcəzair əhalisinin 15 faizi fransızlar tərəfindən soyqırımına məruz qalmasını heç kəs bütövlükdə fransız xalqını ittiham etmir, Fransanın bir çox siyasətçiləri isə ayrı-ayrı hadisələrə görə bütün müsəlmanları suçlayır.Ən maraqlısı isə, özünü və niyyətlərini keçmiş Minsk qrupunun pərdəsi altında gizlədən fransızlar Azərbaycan ordusunun uğurlu əməliyyatlarını hələ də həzm edə bilmir və iki il öncə noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın pozulması, ermənilərin yenidən qarşıdurmalara, müharibəyə getmələri üçün əlindən gələni edir.Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında dedi ki, dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüş keçirilməyəcək. Bunun əsas səbəbi isə Ermənistanın baş nazirinin həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verməsi oldu. Dövlətimizin başçısı qəti şəkildə bildirdi ki, həmin görüş baş tutmayacaq.Onu da qeyd edək ki, Fransanın ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoyduğu nə birinci, nə də sonuncu hal deyil. Belə ki, Vətən müharibəsinin elə ilk günlərində Fransa Prezidenti “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”, – deyə beynəlxalq hüquqa zidd olan bəyanat verdi. Bununla da, Fransanın ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi otuz illik vasitəçilik fəaliyyətinin iç üzü bir daha bəlli oldu. Fransa Senatının müharibədən dərhal sonra qondarma “Dağlıq Qarabağ Respublikasının tanınması” ilə bağlı qəbul etdiyi qətnamə də bir daha göstərdi ki, bu ölkənin istər Minsk qrupu çərçivəsindəki fəaliyyəti, istərsə də son iki ildəki vasitəçilik təşəbbüsü artıq arxivin küncünə atılmış status-kvonun saxlanılmasına xidmət edir. Və Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnamə bir daha bütün dünyaya göstərdi ki, bu ölkə öz riyakar əməlləri ilə otuz illik işğal dövründə Ermənistanın Azərbaycana qarşı bütün cinayətlərinə şərik olub.. Lakin indii istər məclub Ermənistan, istərErmə işğal dövründən fərqli olaraq vəziyyət tamam bambaşqadır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən savaşında qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbənin mahiyyəti Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə məlum qətnaməsini dəyərsiz kağız parçasına çevirir. Və Fransa bir daha unutmamalıdır ki, təcavüzkarın yanında olmaqla işğalçı Ermənistanın Azərbaycana qarşı bütün insanlıq əleyhinə bəşəri cinayətlərinə şərik olur. Bir daha Fransa Azərbaycanı başqa ölkələrlə qarışdırmamalıdır. Məhz bir daha Azərbaycan xalqı və dövləti Fransanın qərəzli qətnamələrini rədd edir. Və hər kəs anlamalıdır ki, 2020-ci ilin payızında xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər Azərbaycanın ərazi bütövlüyünün və haqq-ədalətin bərpasını təmin edib. Azərbaycanın işi haqq işidir. Bu haqq işimizdə nə Fransa, nə də digər ölkələr bizə maneə ola bilməz!

MUXTAR NAĞIYEV,
YAP Səbail rayon təşkilatının sədri

Digər xəbərlər