PDF Oxu

Siyasət

  • 2 213

“Bunlar Azərbaycan dövlətinin iqtisadi gücünün göstəricisidir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Bunlar Azərbaycan dövlətinin iqtisadi gücünün göstəricisidir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“İki ildir ki, 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunub və bu ərazilərdə sürətlə yenidənqurma və bərpa işləri aparılır. 10 min kvadrat kilometrdən böyük bir ərazinin yenidən qurulması və bərpası, o cümlədən bu ərazilərdə təhlükəsizliyin təmin edilməsi böyük maliyyə vəsaitləri hesabına icra edilir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.Onun sözlərinə görə, bu günə qədər dövlət büdcəsindən 5 milyard manata yaxın maliyyə vəsaiti işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılıb: “Amma işğaldan azad olunmuş ərazilərin yenidən tikilməsi və Böyük Qayıdışımızı həyata keçirməyimiz heç də digər regionların inkişafını dayandırmayıb.2004-cü ildən başlanmış Regionların Sosial-iqtisadi İnkişafına dair Dövlət Proqramlarının uğurla icrası sayəsində bu gün regionlarımız tarazlı inikişaf edir və regionlarla mərkəz arasındakı fərq aradan qalxır”.Deputat sözlərinə belə davam edib: “Cənab Prezident İlham Əliyevin ailəsi ilə birlikdə Şəki və Oğuz rayonlarına səfəri və bu səfər çərçivəsində açılışı olmuş, təməli qoyulmuş layihələr bu rayonların sosial-iqtisadi inkişafında yeni mərhələ açacaq. Belə ki, yenidən qurulmuş avtomobil yolu, kiçik tutumlu suelektrik stansiyaları, inziubati binalar, körpələr evi, tarixi -dini binalar, Aqroparkda açılışı olmuş və təməli qoyulmuş müəssisələr bu baxımdan çox əhəmiyyətlidir. Bu, həm bu rayonda yaşayan insanların sosial rifahını yaxşılaşdıracaq, həm də bu rayonların turizm sektorunun inkişafına töhfə verəcək.Ümumiyyətlə qeyd etmək istəyirəm ki, həm işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, həm də digər rayonların tarazlı inkişafının davam etdirilməsi Azərbaycan dövlətinin iqtisadi gücünün göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan sosial-iqtisadi siyasət Azərbaycanı bütövlükdə daha da inkişaf etdirəcək və regionun ən güclü və inkişaf etmiş respublikası olaraq öz imicini möhkəmləndirəcək”.

Ayşən Vəli

Digər xəbərlər