PDF Oxu

Siyasət

  • 2 258

“Rus hərbçilərinin yerləşdikləri ərazilər Azərbaycanın suveren əraziləridir” AÇIQLAMA

“Rus hərbçilərinin yerləşdikləri ərazilər Azərbaycanın suveren əraziləridir” AÇIQLAMA

“Azərbaycan jurnalistlərinin rus sülhməramlıları tərəfindən məruz qaldığı münasibət heç bir çərçivəyə sığmır. Beynəlxalq qanunlara əsasən, sülhməramlılar media təmsilçilərinin normal fəaliyyətinə şərait yaratmalı, ən əsası isə onların təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməlidir”. “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, bu praktika hər hansı beynəlxalq münaqişə zonasında yerləşən sülhməramlıların fəaliyyət prinsiplərinə aiddir: “Son olaylarda isə məsələ tamamilə qanunsuzdur. Çünki rus hərbçilərinin yerləşdikləri ərazilər Azərbaycan dövlətinin suveren əraziləridir. Azərbaycanlı jurnalistlərin öz dövlətinin istənilən ərazisində maneəsiz və təhlükəsiz fəaliyyət göstərməsi onların müstəsna hüququdur. Rus hərbçilərinin jurnalistlərimizin Xankəndi istiqamətində hərəkətlərinə maneə yaratması onların mandatına uyğun deyil. Əslində, son insident zamanı iki il ərzində rus sülhməramlılarının özfəaliyyətlə məşğul olması, Xankəndi, Xocalı, Ağdərə və digər nəzarətlərində olan ərazilərdə separatçı rejimə hər cür dəstək verməsi, rəsmi Bakının icazəsi olmadan xarici ölkə vətəndaşlarının qanunsuz səfərlərinə şərait yaratması ilə bağlı iddialar faktlarla ortaya qoyuldu. Azərbaycan jurnalistini öz ərazisinə buraxmayan rus hərbçilərinin yanından Gürcüstan nömrəli maşının hərəkət etməsi faktını hər kəs gördü. Bu səbəbdən dövlət səviyyəsində rus hərbçilərinin qanuni ərazilərimizdəki fəaliyyətsizlikləri ilə bağlı məsələlər ciddi şəkildə araşdırılmalı, zəruri addımlar atılmalıdır”.

Müəllif: Gülyana

Digər xəbərlər