YAP Ağcabədi rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.Əvvəlcə tədbir iştirakçılarının bir qrupu Heydər Əliyev meydanında Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.Tədbiri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq bildirib ki, Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin vəfatından 19 il keçir. Bu münasibətilə Respublikamızın bütün guşələrində silsilə olaraq anım və xatirə tədbirləri keçirilir. Ona görə də YAP Ağcabədi rayon təşkilatı bu hüznlü günlərdə Ulu Öndərin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərini bir daha xatırlamaq, onun əziz xatirəsini ehtiramımızı ifadə etmək məqsədilə anım tədbirində sizlərlə yenidən görüşməyi qərara aldı.Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.YAP Ağcabədi rayon təşkilatının sədri R.Əhmədov Ulu Öndərin həyat və fəaliyyəti barədə geniş məruzə edib. Məruzədə qeyd edilib ki, biz çox xoşbəxt xalqıq ki, onun Heydər Əliyev kimi güvənc yeri, çətin günlərin sınağından öz xalqını qalibiyyətə çıxaran, Azərbaycanın xəritədən silinməsi təhlükəsini aradan qaldıran, onun gələcək inkişafına işıq saçan Liderimiz var. Ümummilli Lider Heydər Əliyev cismani olaraq bu gün aramızda olmasa da, onun ruhu bizimlədir, onun parlaq ideyaları, xalqımız üçün əbədi bir örnəkdir. Onun başlayıb, axıra çatdıra bilmədiyi taleyüklü məsələlər Ulu Öndərin siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizi qələbədən-qələbəyə aparır. İndi dünya Azərbaycanlılarının doğma vətəni olan ölkəmiz 44 günlük Zəfər mühariubəsi ilə Ermənistan işğalçıları üzərində qələbə qazanaraq tarixi və əbədi torpaqlarının tam sahibinə çevrilmişdir.Məruzə ətrafında Heydər Əliyev Mərkəzinin direktoru Rövşanə Əliyeva, 12 saylı ərazi partiya təşkilatının sədri Yeganə Aslanova, Ağcabədi şəhər İncəsənət məktəbinin direktoru Günel Kərimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbəsi Ərturqut Bağırlı, Ağcabədi Pedaqoji Kollecinin müəllimi, Vətən Müharibəsi iştirakçısı Bəxtiyar Əliyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin dövlət və xalq qarşısındakı tarixi xidmətləri barədə öz fikirlərini bölüşüblər.
Zümrüd Bayramova