"Dünya tarixində elə şəxsiyyətlər var ki, o şəxsiyyətlər təkcə öz xalqına, millətinə deyil, bütün bəşəriyyətə mənsub olurlar və bəşəriyyət onlardan örnək alır. Belə şəxsiyyətlərdən biri də Ulu Öndər Heydər Əliyev idi". Bu sözləri SİA-ya açıqlamasında YAP Qusar rayon təşkilatının fəal üzvü, hüquqşünas Samirə Qasımova deyib.Onun sözlərinə görə, xalqımız 12 dekabrı Ulu Öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti və minnətdarlıq hissi ilə qeyd edir: "Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub".Samirə Qasımova sözlərinə belə davam edib: "Ulu Öndərin böyük arzularından biri Qarabağ torpaqlarının azad olunması idi. Siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsindəki möhtəşəm qələbə də öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi.Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və onun yaxın silahdaşı Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.Əminəm ki, gələcəkdə bu siyasət uğurla davam etdiriləcək. Bizim qarşımızda bütün yollar, bütün üfüqlər açıqdır, aydındır. Biz irəliyə gedirik, inkişafa doğru gedirik.Bütün Azərbaycan xalqına dövlətimizin rəhbəri başda olmaqla xoşbəxtlik arzu edirəm".
sia.az