"Bu gün dünyada gedən qloballaşma və regionda mövcud olan gərginlik Azərbaycan Respublikası olaraq 2020-ci ildə əldə etdiyimiz tarixi zəfər, regionda yaranmış yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması və digər məsələri nəzərə alsaq, Azərbaycan müastəqillik əldə etdikdən sonra bu proseslərdə ölkəmizin bir dövlət kimi formalaşması, bugünkü nailiyyətlərin əldə olunması bizim bəzi qonşularımızı çox narahat edir. Ona görə də bu 30 il ərzində İran-Ermənistan münasibətləri hər zaman Azərbaycana qarşı olub və ehtiyac olduğu zamanlarda da istər hərbi, istərsə də siyasi məsələlərdə onlar Azərbaycanın və Türkiyənin maraqlarına zidd olaraq biri-birinə dəstək veriblər". Bu sözləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.Onun sözlərinə görə, ümumiyyətlə Ermənistan-İran münasibətlərinin dərin kökləri var. Bu münasibətlərin yaxın olması bir tərəfdə qalsın, onlar özləri də etiraf edirlər ki, bunlar onların genetik yaxınlığından irəli gəlir. Digər tərəflərdə isə bu, geopolitik səbəblərdən, fars-molla rejiminin maraqları və Ermənistanla əməkdaşlıq etməkdən irəli gəlir. Bu, sadə əməkdaşlıq deyil. Bütün dövrlərdə müəyyən proseslərin nəticəsi olaraq, o proseslərə cavab olaraq münasibətlərin dəyişməsi və inkişafı müşahidə olunmaqdadır. Bu da birmənalı şəkildə Azərbaycan Respublikasının güclənməsi və regionda güclü lider dövlətə çevrilməsi, daima mənfur qonşularımız tərəfindən həzm olunmayıb. Ona görə də bu münasibətlərə birtərəfli baxmaq qəti yolverilməzdir".Rauf Zeyni sözlərinə belə davam edib: "Vətən müharibəsində də İrandan Ermənistana həmişə hərbi, maddi və iqtisadi yardım olunub. Müsəlman olduğunu iddia edən bir dövlət müsəlman qonşusunu dəstəkləmək əvəzinə, İslam dini abidələrinə zərbə vuran terrorist dövləti dəstəkləyir. Bu, mənim düşüncəmə görə yolverilməzdir. Bizim əhalimiz də bu günləri onu qətiyyətlə pisləyir. Çünki bir ovuc erməniyə İranda bütün şərait yaradan fars-molla rejiminin rəhbərləri 40 milyondan çox soydaşımızın dilində heç məktəb də açmayıblar. Onlar bizim soydaşlarımızın hüquqlarını tanımayıblar".
Ayşən Vəli