PDF Oxu

Siyasət

  • 2 432

Ağdamda şəhid ailəsi üçün tikilmiş yaşayış evinin açılışı olub

Ağdamda şəhid ailəsi üçün tikilmiş yaşayış evinin açılışı olub

Şəhid ailələrinə diqqət və qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkə Prezidenti cənab İlham Əliyevin bu istiqamətə yönəltdiyi diqqət Ağdam rayonunda da ənənəvi şəkildə davam etdirilir.Ağdam rayonunun Çəmənli kəndində rayon İcra Hakimiyyəti tərəfindən Vətən Müharibəsi şəhidi Emil Qurbanovun ailəsi üçün tikilmiş 2 otaqlı fərdi yaşayış evinin açılış mərasimi baş tutub. Mərasimdə şəhidin ailə üzvləri, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, YAP fəalları, şəhid ailələri, qazilər, veteranlar, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Şəhid Emil Qurbanovun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə, ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.Qeyd edək ki, şəhid Qurbanov Emil Rafael oğlu 2020-ci ilin oktyabr ayının 10-da Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Emil Qurbanov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Zümrüd BAYRAMOVA

Digər xəbərlər