PDF Oxu

Siyasət

  • 2 277

“Azərbaycanın humanistliyindən sui-istifadə etmək yetər” - AÇIQLAMA

“Azərbaycanın humanistliyindən sui-istifadə etmək yetər” - AÇIQLAMA

“44 günlük Vətən müharibəsinin sonunda Ermənistanın məğlubiyyətini etiraf etməsi və kapitulyasiya aktına imza atmasından sonra, təbii olaraq qalib Azərbaycan diktə edən tərəfə çevrildi”. “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, sənədə Rusiya tərəfinin də qoşulması və Rusiya prezidentinin də imza atması, məlum kapitulyasiya aktında tərəflərin üzərinə götürdükləri öhdəliklərə əməl etməsinə qarant rolu oynamaq məqsədi daşıyırdı. Təəssüf ki, Azərbaycan tərəfi üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında, hətta vaxtından əvvəl yerinə yetirməsinə baxmayaraq, Ermənistan tərəfi öhdəliklərindən yayınır. Qarabağdakı qanunsuz silahsız birləşmələr hələ də fəaliyyət göstərir. Zəngəzur dəhlizinin açılması ilə əlaqədar hələ də real addım atılmır. Bütün bunlar yetməzmiş kimi erməni əsilli Rusiya vətəndaşı gəlib Qarabağda separatçılara rəhbərlik edir, onları Azərbaycan əleyhinə mübarizəyə qaldırır, məhz onun rəhbərliyi altında bu ərazidə qanunsuz mədənçilik fəaliyyəti, ekologiyaya zərər vuran digər fəaliyyətlər göstərilir. Nəhayət, iş o yerə çatıb ki, Azərbaycanın humanistliyindən sui-istifadə edib Qarabağa İrandan silah-sursat, terrorçu qruplar keçirilir. Nəhayət, Azərbaycan xalqının səbri tükənməli idi və tükəndi. Axı bu necə olur ki, xaricdən gələn hər kəsi dinməz-söyləməz əraziyə buraxan, sülhməramlı adlandırılan, əslində hərbməramlı qüvvələr Azərbaycanın rəsmi qurumlarının nümayəndələrini, media təmsilçilərini buraxmırlar? Buna səbir göstərmək artıq mümkün deyildi. Hesab edirəm ki, Azərbaycanın QHT və media təmsilçilərinin, aktiv gənclərin atdıqları bu addım tamamilə təbii qarşılanmalı, həm ermənilər, həm də onların havadarları qışqır-bağır salmaq əvəzinə əməllərinə çəki-düzən vermək barədə düşünməlidirlər. Əks-təqdirdə Azərbaycan xalqı onları özü düzənə məcbur etməli olacaq.

Müəllif: Gülyana

Digər xəbərlər