PDF Oxu

Siyasət

  • 3 988

Azərbaycana günəş kimi doğan ümummilli lider Heydər Əliyev

Azərbaycana günəş kimi doğan ümummilli lider Heydər Əliyev

Azərbaycan xalqının ən çətin günləri idi. Bir tərəfdən torpaq itkisi, bir tərəfdən ölkədə olan vəziyyət... Azərbaycanda mövcud ictimai-siyasi, iqtisadi, hərbi böhran son həddə çatmışdı. Bir tərəfdən erməni vəhşiliyi, digər tərəfdən sapı özümüzdən olan baltalar qardaş qanı axıtmağa səy göstərirdilər. Vəziyyət günü-gündən pisləşir, xalq çıxılmaz vəziyyətdə idi. Hətta çıxış yolu tapmaqda aciz olan iqtidar belə bu çətinlikdən yalnız Heydər Əliyevin vasitəsi ilə çıxa biləcəyimizə inanırdılar. Xalq isə inandığı və güvəndiyi yeganə şəxsiyyəti, xilaskarını - Heydər Əlirza oğlu Əliyevi Azərbaycanın Prezidenti olaraq görmək istəyirdi. Ulu Öndər, cənab Heydər Əliyev 1993-cü il 9 iyunda Naxçıvandan Bakıya qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçildi. Tez bir zamanda Milli Məclisin qərarı ilə 1993-cü il, iyunun 24-də Heydər Əliyevə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri verildi. 1993-cü il oktyabırın 10-da Respublika sarayında təntənəli andiçmə mərasimində cənab Prezident Vətənə, dövlətə, xalqa sədaqət andı içərək, qarşısında duran əsas vəzifələri bəyan etdi. Bu ali vəzifələr əsasən ilk növbədə Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlyünü təmin etmək, Respublikamızın ictimai-siyasi həyatında sabitliyi qorumaqdan, ölkəmizi Dünya Birliyində ləyaqətlə yer almasını, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğunun həyata keçirilməsini və vətəndaşların hüquqlarının qorunmasını və həyatın bütün sahələrində əsaslı dəyişikliklər aparılmasını və s. təmin etməkdən ibarət idi.Hamımızın çox dəqiq yadındadır ki, tez bir zaman ərzində ölkədə olan özbaşınalıq və yaranmış ikinci cəbhə açaraq, Azərbaycanı parçalayıb dünya xəritəsindən silmək istəyən qüvvələrin təhriki ilə baş qaldıran separatçılığın və digər bu cür proseslərin qarşısını Cənab Heydər Əliyev almağa nail oldu.Dövlətimiz və xalqımız hər zaman humanistliyin və sülhün tərəfdarı olmuşdur. Məhz Heydər Əliyev apardığı siyasi danışıqların nəticəsində 1994-cü il may ayında atəşkəs haqqında sazişin imzalanmasına nail olmuşdur.Heydər Əliyevin Azərbaycan dövləti üçün həyata keçirdiyi uğurlu işləri saysız-hesabsızdır.Heydər Əliyev getdiyi hər bir xarici ölkədə Dağlıq Qarabağ problemlərinin sülhlə, atəşkəslə həlli yolunda durmadan mübarizə aparmış və Azərbaycan ordusunun dirçəldiləməsi və inkişafı prosesinin tezləşməsi üçün əsgər və zabit heyyətinin xarici ölkələrdə lazımı təcrübə keçməsini ön planda saxlamışdır. Dövlət başçısı müasir tələblərə cavab verən ordunun yaradılması sahəsində müntəzəm və məqsədyönlü iş aparır, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün səmərəli tədbirlər görürdü ki, bunun da nəticəsində 1993-cü ilin axırlarında və 1994-cü ilin əvvəllərində Azərbaycan ordusu uğurlu hərbi əməliyyatlar keçirməyə nail olmuşdur.Heydər Əliyevin fəaliyyətlərindən biri də ölkədə demokratik, hüquqi dövlət quruculuğunu təmin etməkdir. 1995-ci il il 12 noyabrda Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb xalqın müzakirəsinə təqdim edilmiş, dünya standartlarına cavab verən bütün insan hüquqlarını və azadlıqlarını əks etdirən müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş, çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilmişdir.Heydər Əliyevin fəaliyyətlərindən biri də - Şərq və müsəlman ölkələri tarixində ilk olaraq Azərbaycan Respublikasında ölüm cəzasının ləğv edilməsinə nail olmasıdır.Heydər Əliyevin Azərbaycanın misilsiz sərvəti hesab edilən neft məsələslərinə də böyük əhəmiyyət vermiş, xarici şirkətlərlə işbirliyini yaxşılaşdıraraq, "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsini 20 sentyabr 1994-cü il tarixində imzalamış və bununla da Azərbaycan iqtisadiyyatının dirçəldilməsində böyük mərhələnin başlanğıcını qoymuşdur.Heydər Əliyev hər zaman mədəniyyətimizin, səhiyyəmizin, elm və təhsilimizin, dilçiliyimizin, ədəbiyyatımızın inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmışdır.Heydər Əliyevin fəaliyyət və xidmətlərini saymaqla bitirmək mümkünsüzdür. Ən başlıcası, Heydər Əliyevin apardığı siyasət, açdığı hərbi lisey, inkişaf etdirdiyi Azərbaycan ordusu bu gün gücü ilə dünyaya səs salan davamçısı, dünya şöhrətli siyasi xadim İlham Heydər oğlu Əliyevin Qarabağ torpaqları uğrunda 44 günlük savaşdan qalib çıxması Heydər Əliyev siyasətinin bariz nümunəsidir. Bugünkü zəfərimiz əslində 1993-cü il tarixindən etibarən şanlı bir yol keçirdi. Bu yol Azərbaycan xalqının əvəzsiz oğlu - Böyük şəxsiyyət, müdrik insan, dünyaşöhrətli siyasi xadim, Ümummilli Lider və yenilməz sərkərdə Heydər Əlirza oğlu Əliyev yoludur.

Nəcəfova MƏRZİYYƏ,
YAP Yasamal rayon təşilatı AMEA Ədəbiyyat İnstitutu üzrə
ərazi partiya təşkilatının sədri

Digər xəbərlər