"Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, vətəndaş cəmiyyəti fəallarının, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyası özü-özlüyündə kifayət qədər ciddi bir hadisədir. Məlum olduğu kimi sülhməramlı kontingentin rəhbərliyi ilkin olaraq müvafiq qurumlarımıza həmin ərazilərdə monitorinq aparmaqla bağlı razılıq versə də, daha sonra bu proses baş tutmadı. Nəticə etibarı ilə rus sülhməramlıları və erməni separatçılarının birgə təxribatı nəticəsində həmin monitorinqin aparılmasının qarşısı alındı. Buna cavab verilməli idi və verilən cavab da kifayət qədər uğurludur". Bu sözləri SİA-ya açıqlamasında plitoloq Rəşad Bayramov bildirib.Onun sözlərinə görə, nəticənin nə olmasından asılı olmayaraq bu aksiya verilmiş mesajlarala artıq öz istəyinə çatıb deyə bilərik: "Birincisi, aksiya iştirakçıları ermənilərin rus sülhməramlılarının dəstəyi ilə ərazilərimizdə ekoloji terror törətdilkərini bütün dünyaya çatdıra bildilər. İkincisi, hər kəs gördü ki, rus sülhməramlı kontingenti öz üzərinə düşən vəzifəni yerinə yetirmir. Əslində sülh missiyasını yerinə yetirməli olan kontingent açıq şəkildə anti Azərbaycan mövqeyi nümayiş etdirir və tək işləri separatçı rejimi qorumaqdan ibarətdir. Ekoloqlarımızın, rəsmi qurumlarımızın manitorinq aparmasına şərait yaradılmaması, dinc Azərbaycan insanının, QHT təmsilçilərinin qarşısına ağır silahlarla silahlanmış hərbçiləri düzmək və bütün çağırışlara, tələblərə baxmayaraq rus sülhməramlılarının rəhbəri Volkovun aksiya iştirakçıları ilə görüşməməsi onu sübut edir ki, Rusiya prosesdə konkret tərəf olaraq çıxış edir və erməni separatçılarının rahat şəkildə qanunlarımızı pozması, ərazilərimizdəki təbii sərvətləri talan edə bilməsi üçün əlndən gələni edir.Aksiyanın üçüncü ən vacib mesajı isə Azərbaycanın istənilən vaxt Laçın dəhlizini bağlamaq gücündə olduğu ilə bağlı verilmiş mesajdır. Belə ki, artıq 3-cü gündür ki, aksiyanın keçirilməsi səbəbilə yolun faktiki olaraq bağlanması separatçı rejimə buranın sahiblərinin kim olduğunu başa salmaq baxımından kifayət qədər uğurlu addımdır. Bu hadisənin qarşıdurmaya və ya müharibəyə gətirib çıxaracağını düşünmürəm. Çünki müharibənin olması üçün tərəf lazımdır. Ermənistan isə bu gün Azərbaycanla müharibə aparmaq gücündə və qabiliyyətində deyil.İkinci bir tərəfdən aksiya Ermənistanla bağlı deyil ki, bunun sonu müharibəyə gətirib çıxarsın. Biz öz suverən ərazilərimizdə monitorinqlərin aparılmasını istəyirik. Əgər suverən ərazilərimizdə monitorinqlərin aparılmasına hər hansısa bir separatçı qurum maneə törədirsə, bu zaman həmin qurumla bağlı müvafiq anti-terror əməliyyatları keçirilə bilər. Amma bu son mərhələdir, çünki qarşıya qoyulmuş məqsədə çatmağın başqa yolları da var. Daha məqbul yol Laçın yolunun nəzarətə götürülməsindən keçir. Burada söhbət təbii ki, Laçın yolunun bağlanmasından getmir, sadəcə Azərbaycan tərəfindən həmin yolun birbaşa nəzarətə götürülməsi nəzərdə tutulur".
Müəllif: Səbinə Hüseynli