PDF Oxu

Siyasət

  • 2 347

Erməni terrorçularından terror və təhdid aradan qalxmayıb - TƏHLİL

Erməni terrorçularından terror və təhdid aradan qalxmayıb - TƏHLİL

Reallıq ondan ibarətdir ki, tarixin bütün dövrlərində erməni-fars terrorçu hərbi birləşmələri dünya üçün təhlükə mənbəyi olub. Bu gün də bu terror və təhdid aradan qalxmayıb. Hələ də, bir sıra tərəqqipərvər ölkələr və xalqlar erməni-fars terrorçu birləşmələrdən əziyyət çəkirlər. Xüsusilə də azərbaycanlılar və türklər erməni vandallarının vəhşi əməllərinin və fəaliyyətlərini ağır nəticələrini çəkmişlər. Cəmi iki əsr ərzində erməni terrorçuları tərəfindən 2 milyon azərbaycanlı qətlə yetirilmiş və minlərlə ev dağıdılıb, yerlə yeksan olunub. Maraqlıdır ki, bu iki terrormu birləşmələr birgə fəaliyyətlərini gizlətmirlər. Açıq şəkildə dost və qardaş olduqlarını bildirilər. Bu yaxınlarda fars-molla rejiminin baş mollası Xomnei bəyan etmişdir ki, ermənilər farsların min illik dostlarıdır. Hətta bir qədərdə uzağa gedərək, Ermənistanla min illik əlaqələri olduunu uydurmuşdu. Amma unutmuşdu ki, ermənilərin bu əraziləri köçürülməsi tarixi cəmi iki əsrdir. Gəlidkləri gündən də terrora meyl gösrərib, insanlığa düşmən kəsilmişlər. Özlərini ariyalı farslarla bir irqdən olduqlarını bildirib, onları qan qardaşı adlandırılan erməni daşnakları 1905-ci ilin fevral ayında Bakıda , Tiflisdə, Şuşada hətta Cənubi Azərbaycandan gələn soydaşlarımızı öldürməkdən belə çəkinmirdilər.

Ermənilər ötən dövrdə Azərbaycanın 40 min kvadrat kilometr tarixi torpaqlarını qəsb edib
19VIII əsrin birinci yarısında İrəvanın 65 yaşayış məntəqəsində müsəlmanlar, 4 məntəqəsində isə ermənilər yaşayırdılar. Məhəmmədzadə Mirzəbala yazır ki, I Dünya müharibəsindən öncə bütün dünyada mövcud 3 milyon ermənidən 1 milyon 100 min nəfəri Qafqazda, 100 min nəfəri İranda, 400 min nəfəri Türkiyədə sakin idi.1988-ci ildən erməni silahlı birləşmələrinin Qarabağa soxulması və sonrakı illərdə Monoetnik bir dövlət qurmağa nail olan Ermənistan başçıları keçmiş sovet dövlətinin hərbi-sənaye potensialına güvənərək əhalinin 30 faizini azərbaycanlılar təşkil edən Azərbaycanın DQMV , eləcə də yeddi rayonu (Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər) işğal edib xarabalıqlara döndərmişlər.Bu zaman Azərbaycanın 12 rayonunun 17 min kvadrat kilometr ərazisində olan 700 yaşayış məntəqəsi işğala məruz qalmışdır. Erməni təcavüzü nəticəsində 20 minə qədər azərbaycanlı həlak olmuş, 4 minə qədər insan girov götürülmüşdür ki, onların əksəriyyətini uşaqlar, qadınlar və qocalar təşkil edir. Yeri gəlmişkən 1918-ci il Batum müqaviləsinə görə cəmisi 9 min kvadrat kilometr ərazisi olan Ermənistan ötən dövrdə 40 min kvadrat kilometr tarixi Azərbaycan torpaqlarını qəsb etmişdir. 1905-1906-cı illərdə azərbaycanlılara qarşı erməni terrorçu birləşmələri kütləvi qırğınlar törətmişlər. 1905-ci ilin fevralın 7-də erməni terror təşkilatı Bakıda minə yaxın insanı öldürmüş və yaralamışdır. Erməni quldur dəstələri 1905-ci ilin fevralın 9-da Bakı sakinlərini qətl və qarətlərə məruz qoymuşdular. Erməni dəstələri kütləvi qırğınlar törətdikdən sonra varlı ermənilərin (Balabek, Lalayev, Artyom Babayants, Akop Muradyan, Karen Saakyants və b.)evlərinə yığışmış, onların pəncərələrindən və damlarından şəhərin küçələrinə atəş açmış,ingilis, fransız istehsalı olan bombalar, qumbaralar atmışlar. 1905-ci ilin qırğınları tarixə “Bakı şəhərində qanlı qətliqən” kimi düşmüşdür. “Daşnaksutyun” beynəlxalq erməni terror təşkilatının idarə etdiyi quldur dəstələri 1905-ci ilin 20-21 fevralında İrəvan şəhərinin müsəlman sakinlərinə qarşı insanlığa yaraşmayan hərəkətlər edərək qırğınlar, vəhşiliklər etmişlər. Dinc əhalinin vəhşicəsinə öldürülməsi bu amansız hadisənin şahidlərini dəhşətə gətirmişdir.Ümummilli Liderimiz Heydər Əliyev bu hadisələrə belə qiymət vermişdir: “Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırırlar. Böyük humanist ideallara xidmət edən Azərbaycan Ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır. Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradır”.1905-ci il mayın 11-də Bakı şəhərində baş erməni terrorçusu Qafqaz xalqları arasında dostluq əlaqələri ruhunda çıxış edən knyaz M.A. Nakaşidzeni və Q. Takiyeskilini qətlə yetirdilər. Bu hadisəni şahid R.R. Subinski öz xatirələrində göstərmişdir. O dövrün məlumatlarına əsasən qatillərdən biri Dro ləqəbli Drastamat xanayan idi.Bu hadisələrdən əvvəl Dro Zəngəzur mahalında erməni quldur dəstələrinin tərkibində dinc əhaliyə-türklərə, kürdlərə, azərbaycanlılara qarşı qanlı qırğınlarda yaxından iştirak etmişdi. Erməni daşnak quldarları 1905-ci ilin mayın 24-də İrəvan quberniyasında dinc azərbaycanlılara atəş açdılar. Qarışılıqdan istifadə erməni saqqallıları on bir vətəndaş-dörd qadın, iki uşaq və beş kişini qətlə yetirdilər. Bu qanlı hadisələrdən doymayan erməni quldur dəstələri 1905-ci ilin mayında Naxçıvan torpağına hücum edərək dinc əhaliyə qarşı qanlı divan törətdilər. Çoxlu sayda qadın,qoca və uşağı öldürdülər. Ermənilər 1905-ci ildə Zəngəzur bölgəsində də onlarca adam öldürülmüş, evlərə od vuraraq yandırmışlar.
Ermənilər uşaqlara və qocalara da rəhm etməmişlər
Bütün silah növləri ilə təmin olunmuş erməni quldur dəstələri 1905-ci ilin 2 iyununda Mənkus müsəlman kəndinə hücum etmişlər. Silahsız kəndlilər ailələrini götürüb qaçmağa məcbur olmuşlar. Kənddə qoca və əlil olan 80 yaşlı bir sakin erməni quldurlarının əlinə keçmişdir. Erməni quldurları şişləri qızdıraraq işgəncələr verməklə onu öldürmüşlər. Bu vəhşiliklərini ermənilər 1988-1989-cu illərdə ermənistan torpaqlarından qovulan azərbaycanlılar üzərində də həyata keçirmişdilər. Erməni daşnaq dəstələri 1905-ci il iyunun 8-də İrəvan yaxınlığındakı Eçmiədzin qəzasındakı Uşu azərbaycanlı kəndini mühasirəyə almış, buranı işğal etdikdən sonra kişilərin başlarını kəsmiş, südəmər uşaqları süngülərə keçirmişlər. Bu basqın zamanı kəndin məscidi yandırılmışdır. Ermənilər səhərisi Eçmiədzin qəzasındakı Persi, Nazzevan, Kiçik kənd, Kötüklü, Qoşabulaq və İrgu azərbaycanlı kəndlərini də yandırmış, məscidlərə od vurmuş və insanlığa yaraşmayan hərəkətlər edərək murdarlamışlar. Erməni daşnaq dəstələri öz çirkin əməllərindən əl çəkməyərək 1905 –ci ilin avqustun sonlarına yaxın Bakı əhalisinə qarşı dəhşətli qırğınlar törətdilər. 1905-ci ilin avqustun 8-də 300-dən çox erməni daşnakı Şuşa qəzasının Vənd kəndinin karvan dəstələrinə hücum etdilər. Çoxlu tacir öldürüldü, əmlakçıları talan edildi. Kəndin sakini Abbas bəyin oğlunu,qardaşını və bir neçə nökər-naibini qətlə yetirdilər. Onların törətdikləri qanlı qırğınlarının məqsədi və yerli əhalini Şuşanı və Qarabağın dağlıq hissəsinin digər ərazilərini tərk etməyə məcbur etmək idi. Ermənilərin piyada və süvari dəstələri 1905-ci ilin oktyabrın 3-də Azərbaycanın Sırxavənd müsəlman kəndinə hücum təşkil etdilər. Dəstəyə quldur terrorçu Hamazasp başçılıq edirdi. Kənd az vaxt içində insan meyitləri ilə doldu. Uşaqları bir yerə yığaraq kütləvi halda öldürmüşlər.
“Böyük Ermənistan “ yaratmağa cəhd edən daşnaklar
Azərbaycan xalqının başına gətirilən soyqırımı haqqında Ulu Öndərimiz Heydər Əliyevin verdiyi fərmanda qeyd edildiyi kimi: “böyük Ermənistan yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Onların Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı qətlə yetirildi. Bunları törədən təşkilatçılar hadisələrin açılmasina, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək, azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avanturist torpaq iddialarını pərdələmişlər”. Erməni terrorçu dəstələri 1905-ci il noyabrın 21-də Tiflis əhalisinə qanlı və amansız divan tutaraq onları vəhşicəsinə qətlə yetirmişlər. Qirğında çoxlu sayda azəri türklərini də işgəncələrlə öldürmüşlər. 1906-cı ilin yanvarın 1-dən erməni daşnak dəstələri azərbaycanlı kəndi Papravəndə hücuma keçdilər. Kənd işğal olundu, qılıncla yarıldı, hələ dünyaya gəlməmiş körpələrin başlarını vurdular. Qırğına erməni quldur, qulağı kəsik Andranik Ozanyan başçılıq edirdi. Hələ əsrin əvvəllərində Rusiyanın Ərzurumdakı konsula general Q.Mayevski onun haqqında yazmışdı: “1901-ci il qışın əvvəllərində Andranik adlı birisinin erməni quldur dəstəsi Muş həndəvərində peyda olmuşdur”.1906-cı il iyulun 12-də erməni quldur dəstələri yaxınlığındakı erməni kəndlərindən 10min nəfərə yaxın dəstə ilə Şuşa üzərinə hücuma keçdilər. Ərazidə döyüşlər beş gün davam etdi. Bütün evlərə bombalar yağdırıldı. Südəmər körpələri beşiklə birlikdə yandırır, anaların başını daşa çırpırdılar. 1905-1906-cı illərdə erməni bandaları Qarabağın yüzlərlə kəndini yerlə-yeksan etmişdilər. Bu dəstələr 1906-cı il iyulun 29-da azərbaycanlıların Karxana kəndinə hücum etdilər. Silahsız kəndlilər ermənilərə müqavimət göstərə bilmədilər. Kəndin bütün kişiləri erməni vandalları tərəfindən öldürüldü. Qaçıb təpəliklər arxasında gizlənmiş 30 qadın və uşağın yerini ermənilər dərhal müəyyən etmişlər. Buna səbəb gənc ana Pakizənin uşağının ağlaması olmuşdur. Hətta tarix bu körpə qızın adını da saxlamışdır-Firuzə. Qadınlar və uşaqlara da aman verməyərək onları qəddarcasına qətlə yetirmişlər. Ümumiyyətlə, o zaman Karxana kəndinin sakinlərindən heç kim canını qurtara bilməmşdir. 1905-1906-cı illərdə xalqımıza qarşı kütəvi soyqırımı həyata keçirmək üçün erməni daşnakları silahlanmış könüllülər toplamışlar. Azərbaycan, Gürcüstan, Türkiyə torpaqları hesabına “böyük Ermənistan “ yaratmağa cəhd edən daşnaklar Azərbaycan yazıçısı M.S. Ordubadinin qeydlərinə görə, 1905-ci il iyunun 13-də erməni dəstələri Cəbrayıl bölgəsində əhalini tamamilə öldürmüşlər. O, yazır: “ Divanlı , Qaçar, Ağbulaq və s. kəndləri yandırdılar, 50 nəfər azərbaycanlını qətlə yetirdilər. 1906-cı ilin iyulun 12-də Şuşada car hakim dairələrinin iki başlı siyasəti üzündən ikinci dəfə ermənilər olmazın vəhşiliklər həyata keçirdilər”.Bir sözlə ö dövür də erməni vəhşiliyi və qətliamları genişlənir və dəhşətli fəalakətə çevrilir. Hətta vəhşi erməni terrorçula uşaqlara, qocalar, qadınlara belə rəhm etməmişlər. Qarşılarına çıxan hər bir azərbaycanı amansızlıqla qətlə yeririrdilr. Bütün bu kimi erməni vəhşiliklərini əksər demokratik düşüncəli xalqları bilirlər. Dəfələrlə beynəlxalq tədbirlərdə, konfranslarda müxtəlif ölklərin tarixçiləri, araşdırmaçı jurnalistləri, siyasətçiləri dilə gətiriblər. Hətta erməni-fars iş birliyinin, onların terror fəaliyyətinin bəşəriyyət çün təhlükə mənbəyi olduğunu ildiriblər. Söz yox ki. təhlükəni aradan qaldırmaq üçün dünya birliyi təcili və təxirəsalınmaz tədbirlər görməlidirlər. Əks halda gec ola bilər.
İ.ƏLİYEV

Digər xəbərlər