PDF Oxu

Siyasət

  • 2 589

“ŞUŞA İLİ” - Böyük Qayıdışın xəyaldan reallığa çevriləcəyi il TƏHLİL

“ŞUŞA İLİ” - Böyük Qayıdışın xəyaldan reallığa çevriləcəyi il TƏHLİL

Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi uğurla başa çatmaqdadır. Düz ötən ilin son bu ayı Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2022-ci ili “Şuşa İli” elan etdi və 5 yanvar 2022-ci ildə isə Prezidentin 2022-ci ilin “Şuşa İli” elan olunması haqqında Sərəncamı ilə bu qərar hüquqi qüvvəyə mindi. Bu Sərəncam, əslində, Azərbaycanın tarixən mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmlidir. Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra Azərbaycana qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Dövlət başçısı xalqa müraciətində bildirdi: “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”. Bu qərar dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbini fərəh, böyük qürur və iftixar hissi ilə doldurdu. Prezidentin 7 may 2021-ci il tarixli sərəncamı ilə zəngin və şanlı tarixi keçmişə malik Şuşa şəhəri mədəniyyət paytaxtı elan edildi. Bunun ardınca, 2022-ci ilin Şuşa İli elan edilməsi həm tarixi, həm də mədəni baxımdan mühüm əhəmiyyət kəsb edən qədim şəhərimizə verilən ən böyük dəyərin göstəricisidir.

“ŞUŞA İLİ”NİN ELAN EDİLMƏSİ HAQQINDA SƏRƏNCAM
“Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik. Mən bu sözü vermişəm və bu sözümü də icra edəcəyəm. Necə ki, əvvəlki dövrlərdə de¬mişdim biz heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik və vermədik. Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı»,-deyən Ali Baş Komandanımız Prezident İlham Əliyevin keçən ilin son dəqiqələrində, Yeni ilin astanasında 2022-ci ili “Şuşa ili” elan etməsi artıq bir ayını yaşadığımız ilin baş xəttini müəyyən etmişdir.Bu ilin Şuşa ünvanlı, Şuşa hədəfli olması ilə dövlət başçımız həm xalqımızın, həm də dünya ictimaiyyətinin diqqətini bir daha bu qədim Azərbaycan şəhərinə yönəltmişdir. Bununla Azərbaycan dövləti Qarabağın qədim Azərbaycan torpağı və Şuşanın da əsl Azəraycan şəhəri olduğunu bir daha dünyaya çatdırır. Prezident İlham Əliyevin “Şuşa ili” çağrışı qədim Şuşa şəhərinin işğaldan azad edildikdən sonra milli memarlıq ənənələri əsasında yenidən bərpa edilməsinə geniş meydan açacaqdır. Çox yaxşı cəhətdir ki, bu gün cənab Prezident Şuşanın yenidənqurulması proseslərinə şəxsən özü rəhbərlik edir. Və bu, Şuşa şəhərinin, həqiqətən də, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyinə real inam yaradır. Çünki Şuşa Azərbaycan üçün, sadəcə, bir şəhər deyil, xalqımızın maddi-mənəvi dəyərlərini özündə əks etdirən rəmz, əziz məkanıdır. Biz bunu 44 günlük Vətən müharibəsi zamanı da gördük. Belə ki, Azərbaycan Ordusu beynəlxalq təzyiqlərə rəğmən Şuşanı azad etməyənədək dayanmadı. Bütün bunları ümummilli liderimiz Heydər Əliyevin deyimi ilə ifadə etsək, “Şuşasız Qarabağın olmadığını” göstərdi. Həmçinin müharibənin gedişində Ali Baş Komandan, Prezident İlham Əliyev də vurğuladı ki, «Şuşasız bizim işimiz yarımçıq qalar». Ona görə də Azərbaycan Ordusunun başlıca məqsədi Şuşanı azad etmək idi. Bu səbəbdən 44 gün davam edən müharibədə Ali Baş Komandanımız Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə Şuşanı qanları, canları bahasına azad etdilər. Cənab Prezidentin 2020-ci il 8 noyabrında Şəhidlər Xiyabanından böyük qürur hissi ilə səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” sözlərinin ölkə miqyasında, dünya azərbaycanlıları arasında doğurduğu böyük sevinci heç nə ilə müqayisə etmək mümkün deyil. Həmin tarixi anlarda hər bir azərbaycanlı, hər bir gənc özünü dünyanın ən xoşbəxt insanı hesab edirdi. Ən əsası isə "Şuşa ili"nin elan edilməsi bu şəhərin Azərbaycana məxsus olduğunu bir daha bütün dünyaya göstərir. Şuşa azad edildiyi ilk günlərdən burada geniş miqyaslı bərpa-quruculuq işlərinə başlanıldı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən şəhərin yenidən qurulması, abadlaşdırılması diqqət mərkəzində saxlanıldı. Yolların, tarixi abidələrin bərpasına, şəhərin su, elektrik təchizatının qaydaya salınmasına xüsusi önəm verildi. Bu, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə dəfələrlə etdikləri səfərlər zamanı bir daha öz təsdiqini tapdı.Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ötən il 32 dəfə azad edilmiş torpaqlara, təkcə Şuşa şəhərinə isə 7 dəfə səfər etdiyini qeyd edib: “Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq”.Belə bir qısa vaxtda gerçəkləşdirilən və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərib. Bir sözlə, şanlı ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən təmizlərkən, istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər yolu” adlandırılan avtomobil yolunun inşası dövlətimizin başçısının daimi nəzarəti altında icra olunub. Qısa müddət ərzində Şuşanın əsl tarixi simasının bərpası yönündə genişmiqyaslı işlər görülüb. Şəhərin Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün, muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsi kimi diqqət çəkib. Bütün bunlarla yanaşı, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinə başlanılıb. Bu istiqamətdə Heydər Əliyev Fondu səmərəli fəaliyyət göstərib. Bütövlükdə, qalib və qüdrətli Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru əmin addımlarla irəliləyir. “Şuşa ili” isə ölkəmiz üçün siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə, eləcə də diplomatiya müstəvisində mühüm – yeni və daha möhtəşəm uğurlar vəd edir.
QALİB LİDERİN QƏTİYYƏTİNİN VƏ UZAQGÖRƏNLİYİNİN, “ƏZİZ ŞUŞA, BİZ SƏNİ DİRÇƏLDƏCƏYİK!” SÖZÜ İLƏ ƏMƏLİNİ ÜST-ÜSTƏ DÜŞMƏSİNİN REALLIĞIDIR
Müzəffər Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin 19 illik gərgin əməyinin nəticəsində formalaşan güclü Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdi, ölkəmiz öz ərazi bütövlüyünü təmin etdi, "Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin arzusunu da bu gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar" deyərək reallaşdırdı. Və İkinci Qarabağ savaşını “Dəmir yumruq”la qazanan Ali Baş Komandan İlham Əliyev “dəmir iradə” ilə işğaldan azad edilən şəhər və rayonları, qəsəbə və kəndləri bərpa edir, yenidən qurur və çox böyük layihələr reallaşdırır. Və bir sözlə, bu ilin Şuşa ünvanlı, Şuşa hədəfli olması ilə dövlət başçımız həm xalqımızın, həm də dünya ictimaiyyətinin diqqətini bir daha bu qədim Azərbaycan şəhərinə yönəltmişdir. Bununla Azərbaycan dövləti Qarabağın qədim Azərbaycan torpağı və Şuşanın da əsl Azəraycan şəhəri olduğunu bir daha dünyaya çatdırır. Bir sözlə, belə bir qısa vaxtda gerçəkləşdirilən və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi və bu gün Şuşa yenidən qurulur, özü də daha möhtəşəm, daha əzəmətli. Budur, «Şuşa İli»nin sevinci, qüruru.Bu gün düşmənin 28 illik işğal dövründə burada qura bilmədiklərini Azərbaycan dövləti «Şuşa İli»ndə həyata keçirdi və bu proses bu gün də davam edir və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi və “Şuşa ili” Azərbaycanın tərcümeyi-halında hər zaman yaddaqalan olacaq.
RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər