PDF Oxu

Siyasət

  • 1 765

Azərbaycan XİN: Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır

Azərbaycan XİN: Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır

Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır.Bu barədə 8 vətəndaşımızın Kəlbəcərdə minaya düşməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tviterdəki paylaşımında bildirilib.

Paylaşımda qeyd edilib ki, Ermənistanın yerləşdirdiyi minanın bu gün partlaması nəticəsində 4 mülki işçi ağır xəsarət alıb. Bundan başqa, 1 gizir həlak olub, 3 əsgər yaralanıb.
“2020-ci ildə müharibə başa çatdıqdan sonra mina qurbanlarının sayı 276-ya çatıb. Ermənistanın cəzasızlığı yeni cinayətlərə yol açır”, - deyə nazirliyin paylaşımında bildirilib.

yap.org.az

Digər xəbərlər