PDF Oxu

Siyasət

  • 2 234

Sülhməramlıların təchizat avtomobilləri Laçın-Şuşa yolundan maneəsiz keçib

Sülhməramlıların təchizat avtomobilləri Laçın-Şuşa yolundan maneəsiz keçib

Laçın-Şuşa yolunda Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların dördüncü gündür davam edən etiraz aksiyasının iştirakçıları rusiyalı sülhməramlıların təchizat avtomobilləri karvanının yoldan keçməsinə şərait yaradıblar.Bu, Ermənistan KİV-lərinin yazdığı kimi, etirazçıların heç də Laçın yolunu bağlamadıqlarını göstərir.Son məlumata görə, avtomobil karvanı Xankəndi sakinləri üçün humanitar yardım daşıyıb.Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkim-reanimatoloqu Mətanət Paşayeva jurnalistlərlə söhbətində vurğulayıb ki, aksiyanın keçirildiyi ərazidəki tibb məntəqəsində xidmət edən həkimlər etirazçılarla həmrəydirlər və onların haqlı tələblərini hamılıqla dəstəkləyirlər. O deyib: “Biz ehtiyacı olan hər kəsə tibbi yardım göstərməyə, həkim borcumuzu yerinə yetriməyə həmişə hazırıq”.Xatırladaq ki, etirazçılar Azərbaycanın faydalı qazıntılarının talan olunmasını dayandırılmasını tələb edirlər. Onlar “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına buraxılmayanadək aksiyanı davam etdirmək niyyətindədirlər. Ölkənin müxtəlif regionlarından etirazçılara qoşulan gənc fəalların sayı gündən-günə artır.

yap.org.az

Digər xəbərlər