PDF Oxu

Siyasət

  • 2 953

YAP Quba rayon təşkilatında iclas keçirilib

YAP Quba rayon təşkilatında iclas keçirilib

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında Quba RİH-nin Hacıhüseynli İƏV üzrə nümayəndəliyində yerləşən Hacıqayıb kənd ərazi partiya təşkilatının iclası keçirilib. İclasın gündəliyində təşkilata yeni sədrin seçilməsi məsələsi qoyulmuşdur.Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək qeyd edib ki, uzun müddət ərazi partiya təşkilatının sədri işləmiş Ərzuman Aslanov yaş həddi ilə əlaqədar ərazi partiya təşkilat sədrliyindən azad olunmasını xahiş etmişdir. Sədr onun işini müsbət qiymətləndirərək qeyd edib ki, yeni seçiləcək sədr ərazi partiya təşkilatının işini daha da irəli aparacaq və səmərəli fəaliyyət göstərəcəkdir.Daha sonra Ərzuman Aslanov uzun müddət partiya işindəki səmərəli fəaliyyətinə görə "Fəxri Fərman"la təltif edilib.Çıxış edən Hacıhüseyinli kənd ƏPT sədri Valeh Əmrullayev, Hacıqayıb kənd ərazi partiya təşkilatına sədr vəzifəsinə Hacıqayıb kənd tam orta məktəbinin direktoru Feyzullayev Şəmsəddin Nurəmməd oğlunu təklif edib.Təklif səsə qoyulub və yekdilliklə qəbul edilib.Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının Hacıqayıb kənd ərazi partiya təşkilatına Feyzullayev Şəmsəddin Nurəmməd oğlu sədr seçilib.

Nəzakət Ələddinqızı

Digər xəbərlər