PDF Oxu

Siyasət

  • 1 871

Birinci Üçtərəfli Zirvə görüşü mühüm siyasi hadisəyə çevrildi ŞƏRH

Birinci Üçtərəfli Zirvə görüşü mühüm siyasi hadisəyə çevrildi ŞƏRH

Dekabr ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qardaş Türkmənistanda səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirakı türk dövlətləri arasında münasibətlərin daha da inkişaf baxımından yeni siyasi əhəmiyyət kəsb etdi. Bu Zirvə görüşü dünyaya verilən mühüm mesajlarla yadda qaldı, türk dövlətləri arasındakı ittifaqın sarsılmaz köklərə söykəndiyini bir daha aydın surətdə göstərdi. Müzakirələr zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev türk dövlətləri ilə əlaqələrə böyük önəm verdiyini vurğulamış və xarici siyasətində Azərbaycanın Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanla hərtərfli münasibətləri yüksələn xətlə inkişaf etməsinə önəm verdiyini bildirmişdir. Noyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü də bunu təsdiqlədi. Həmin Zirvə görüşündə müzakirə olunan məsələlər göstərdi ki, 2021-ci ildə İstanbulda keçirilmiş VIII Zirvə Görüşündən sonra türk dövlətləri arasındakı əlaqələr davamlı olaraq inkişaf etmişdir. Səmərqənd görüşündə əldə olunan razılaşmaların isə türk dövlətlərinin münasibətlərinə yeni dinamika verəcəyi qabarıq olaraq özünü büruzə verir. Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkmənistan Respublikasının Prezidenti Sərdar Berdiməhəmmədov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarında bir sıra aktual məsələlərə də toxunulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündə çıxış edərək, dost Türkmənistan Respublikasında səmimi qarşılanmağına görə minnətdarlığını bildirmiş, Türk dövlətlərinin qarşılıqlı əməkdaşlıq potensialı durmadan artdığını, növbəti görüşün yeni inkişafa yol açacağına əminliyini ifadə edərək, bu görüşün yekunlarına dair yeni razılaşmaların əldə olunmasının bir çox sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyini vurğulamışdır.Zirvə toplantısında Prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun imzaladıqları "Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş", "2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı", "Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum", "Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum" və "Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum" üç qardaş ölkənin yeni mərhələyə qədəm qoyan əlaqələrinin daha da möhkəmlənməsinə hüquqi baza yaratmış oldu.Bütövlükdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan səfəri Türkdilli dövlətlər arasında yüksələn dostluq və qardaşlıq əlaqələrinin daha bir təcəssümü kimi yaddaşlarda qaldı.

NAZİM BÜNYATOV,
YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər