PDF Oxu

Siyasət

  • 2 187

"Ermənilər hələ də yaranmış vəziyyətlə barışmaq istəmirlər" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Ermənilər hələ də yaranmış vəziyyətlə barışmaq istəmirlər" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Ermənistan tərəfindən atəşkəsin pozulması artıq ənənəvi bir hal alıb. Təəssüflər olsun ki, ermənilər hələ də yaranmış vəziyyətlə barışmaq istəmirlər". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.Onun sözlərinə görə, ümumiyyətlə bu təxribatlar gözlənilən bir addımdır: "Ona görə ki, sülh müqaviləsinin bağlanması məsələsi, delimitasiya və demorkasiya məsələsinin gündəmdə olması, buna qarşı olan qüvvələr və o qüvvələr də Ermənistan hakimiyyətinə təsir edirlər. Ona görə də hələ ki, söz üstünlüyü həmin o maneə olan qüvvələrdədir. Bu da atəşkəs pozulmasına gətirib çıxarır".Şair Ramaldanov sözlərinə belə davam edib: "Digər tərəfdən, orada Avropanın müşahidəçiləri var.Ümumiyyətlə, son zamanlar görürük ki, Azərbaycan-Ermənistan münasibətlərinin yenidən gərginləşdirilməsində və bölgədə münasibətlərin alovlanmasında müəyyən qüvvələrin marağı var. Bu həm Ermənistanın daxilindən, həm də xarici qüvvələr tərəfindən törədilir. Burada həm Avropa, həm İran, həm də Fransanın adı çəkilir. Həmçinin, erməni diasporası çox güclüdür və onlar erməni camaatını əsla düşünməyib. Onlar yanlız böyük ölkələrin siyasətini erməni diaspora adı ilə regionda yeritməklə məşğuldurlar. Vəziyyətin gərgin olmasında Rusiyanın da marağı olduğunu görə bilərik. Belə çıxır ki, regionda vəziyyətin sabit olmasında, sülhün baş tutmasında maraqlı olan dövlət Azərbaycan və onun yanında olan qardaş Türkiyədir. Yerdə qalanlar regionda prinsip cəhətdən dildə desələr də, atdıqları addımlar prosesin regionda gərgin saxlanılmasını istəyir. Ona görə də mən düşünürəm ki, biz hələ də atəşkəsin pozulma rejimində yaşayacağıq. Ordumuz bütün prosesləri nəzarətdə saxlayır və hər hansı təxribatın qarşısını almağa daim həm qadir, həm də hazırdır. Belə olan halda gələcəkdə təhlükəsizlik zonasının yaradılması vacib ola bilər. Əgər Ermənistan düzgün mövqe tutmasa, bu variant da istisna olmur".

Ayşən Vəli

Digər xəbərlər