PDF Oxu

Siyasət

  • 5 687

Azərbaycanın uğurlu xarici siyasətinin bariz nümunəsi ŞƏRH

Azərbaycanın uğurlu xarici siyasətinin bariz nümunəsi ŞƏRH

Azərbaycanın xarici siyasət kursunda Türk dünyasına yönəldilmiş istiqamət sürətlə inkişaf edir. Zəfər savaşından sonra türk dövlətlərinin inteqrasiya prosesində Azərbaycan Türkiyə ilə birgə aparıcı rolu öz üzərinə götürüb. Azərbaycanın xarici siyasətin də prioritet istiqamətlərdən biri də türk dilli dövlətlərlə əlaqələrin daim genişləndirilməsi və inkişaf etdirilməsidir. Bu baxımdan rəsmi Bakının Mərkəzi Asiya dövlətləri ilə münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyevin Özbəkistana səfəri zamanı ölkəmizin bu platformada yüksək mövqeyə sahib olması bir daha sübut olundu. İndi isə dekabrın 14-də Türkmənbaşı şəhərində üç türk dövlətin liderlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü də türk birliyi siyasətində mühüm əhəmiyyət kəsb edirdi. Türkmənbaşı şəhərində keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşü üç qardaş xalqın bir araya gələrək münasibətləri gücləndirmək və Türk dünyasının daha parlaq bir gələcəyə doğru irəliləməsi istiqamətində görülən işlərə dəstək vermək üçün çox mühüm fürsətdir. Üç türk dövlətinin arasında imzalanan sənədlər də bu dövlətlərin gələcək münasibətlərində müttəfiqliyi gücləndirməyə xidmət edir. Azərbaycan, Türkiyə və Türkmənistan liderləri arasında əldə olunan razılaşmalar və ticarət, mədəniyyət, enerji, nəqliyyat kimi sahələrdə imzalanan müxtəlif sənədlər, şübhəsiz ki, türk dövlətlərinin hərtərəfli əməkdaşlığının daha da möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətin artırılmasına öz töhfəsini verəcək. Azərbaycan-Türkiyə-Türkmənistan liderlərinin Zirvə Görüşü əlaqələrin genişləndirilməsinə, qardaş dövlətlərimiz arasında onsuz da mövcud olan güclü həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək və şübhəsiz ki, bütün Türk dünyasının birləşməsi yolunda irəliyə doğru atılan çox önəmli addım olacaq. Türk dövlətlərinin coğrafi baxımdan geostrateji mövqedə yerləşməsi siyasi və iqtisadi üstünlüyü gücləndirir. Prezident İlham Əliyevin dediyi kimi, Üç türk dövlətinin nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıb. Azərbaycan, Türkiyə və Türkmənistan tərəfindən bir çox önəmli layihələr icra edilib ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Eyni zamanda hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir. Məlumdur ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra edib. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilib. Dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Bu dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. 2024-cü ildə tamamlanması gözlənilən bu nəqliyyat dəhlizinin əhəmiyyətli dərəcədə imkanlar yaradacağını bildirib. Ermənistan hələ də Zəngəzur dəhlizinin açılmasına əngəl olmağa çalışır. Amma gec-tez reallıqlarla barışmalı olacaq.Ölkəmiz həm Türkiyə, həm də Türkmənistanla yüksək səviyyədə siyasi əlaqələr qurub. Zirvə Görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü zamanı müxtəlif məsələlərin, o cümlədən siyasi, hərbi, iqtisadi, nəqliyyat, energetika, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığımızın müzakirə edilməsi iki qardaş ölkə arasında əlaqələrin daha da güclənməsindən xəbər verir. Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsi iki dövlət arasında münasibətləri strateji müttəfiqlikdən də yüksək səviyyəyə çatdırıb. Eyni zamanda, 2017-ci ildə Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdı. Ümumiyyətlə, tarixi bağlar üzərində qurulmuş Türk Dövlətləri Birliyi çərçivəsində ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanlar yaranıb və Azərbaycan bu zəncirdə böyük əhəmiyyətə malikdir. Bütövlükdə, Zirvə Görüşü türk birliyinin daha da güclənməsi baxımından mühüm hadisədir. Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüş qardaş ölkələr arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə vermiş olacaq. Eyni zamanda Zirvə Görüşü zamanı üç dövlət arasında imzalanan sənədlər qarşılıqlı münasibətlərimizin daha da inkişafına təkan verəcək. Bu prosesdə Azərbaycan Prezidentinin düzgün siyasi və istiqamətverici liderlik mövqeyi xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin yürütdüyü mükəmməl siyasətin nəticəsində Azərbaycanın iqtisadi imkanları və siyasi qüdrətindən irəli gələn mövqe üstünlüyü bütün beynəlxalq tədbirlərdə açıq-aydın sezilir.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər