PDF Oxu

Siyasət

  • 2 670

Azərbaycan-Türkiyə -Türkmənistan əlaqələrinin yeni mərhələsi başlayır ŞƏRH

Azərbaycan-Türkiyə -Türkmənistan əlaqələrinin yeni mərhələsi başlayır ŞƏRH

Məlum olduğu kimi, dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü baş tutub. Dünyada müvazinətlərin dəyişdiyi bir dövrdə türk dövlətlərinin siyasi, iqtisadi, mədəni əlaqələri yeni müstəvidə inkişaf edir. Eyni tarixi kökə malik xalqların müasir ikillistandartlı dünyada təşkilatlanması, sıx siyasi-iqtisadi, sosial-mədəni əlaqələr qurması labüddür. Bu istiqamətdə 2022-ci il məhsuldar və səmərəli görüşlər ili oldu.Növbəti zirvə görüşünün Türkmənistanda keçirilməsi iki dövlət arasında dostluq münasibətlərinin yüksək səviyyədə olmasına dəlalət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sözügedən zirvə görüşündə söylədiyi kimi,- Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır....Azərbaycan, Türkiyə və Türkmənistan xalqları eyni soykökə malik olub, qədim oğuz türklərinin xələfidirlər. Azərbaycan və Türkmənistan xalqlarının iqtisadi-mədəni əlaqələri dərin tarixi köklərə əsaslanır. Böyük Səlcuq imperiyası dövründə bu əlaqələr daha da geniş olub. XIX əsrdə Azərbaycan və Türkmənistanın çar Rusiyası tərəfindən işğal edilməsi, XX əsrdə isə SSRİ tərkibində müstəmləkə halına salınması iki türkdilli xalqın tarixindəki acı oxşarlıqdır. Eyni tarixi taleyi yaşayan xalqlar olaraq müstəqillik tariximiz də 1991-ci ildən başlayıb. Müstəqil dövlətlər olaraq iki respublika arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Cənab İlham Əliyev məlum çıxışında demişdir: “Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq.”Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır-deyən ölkə başçımız cənab İlham Əliyev yeni perspektivləri təhlil etmişdir. Türkiyə və Türkmənistan şirkətlərini Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının, 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük Azərbaycan ticarət donanmasının və 18 yük təyyarəsi olan regionun ən böyük Azərbaycan mülki hava yük donanmasının imkanlarından faydalanmağa dəvət edərək Prezident İlham Əliyev kommunikasiya sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulamış oldu.Türkmənistanın Xəzər dənizində və Xəzəryanı dövlətlər arasında əməkdaşlığa töhfəsini yüksək qiymətləndirən cənab İlham Əliyev növbəti Zirvə görüşünün təhlükəsizlik, ekologiya, su ehtiyatları üzrə əməkdaşlığın möhkəmlənməsi işində daha bir addım olacağına əminliyini bildirdi. Xəzərin əsrlər boyu qonşu kimi yaşamış xalqlarımızı birləşdirən dəniz olduğunu deyən Prezident İlham Əliyev regionumuzun inkişafında Xəzəryanı dövlətlərin böyük rolunu vurğuladı.Beləliklə, iki türk dövləti əlaqələrinin yeni mərhələsinin anonsunu verdi. Müvazinətlərin formalaşdığı qeyri-sabit dövrdə türk dövlətlərinin daha da yaxınlaşması labüddür. Məhz bu istiqamətdə aparılan təxirəsalınmaz, məqsədyönlü siyasət öz səmərəli nəticəsini verəcəkdir.

Leyla Hüseynova
YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər