PDF Oxu

Siyasət

  • 1 877

"Azərbaycana qarşı indiyədək aparılmış iqtisadi cinayətlərin qarşısı alınmalıdır" - MAHİR ABBASZADƏ

"Azərbaycana qarşı indiyədək aparılmış iqtisadi cinayətlərin qarşısı alınmalıdır" - MAHİR ABBASZADƏ

"Ötən iki il müddətində görürük ki, Üçtərəfli bəyanatın ayrı-ayrı maddələri icra edilmir. Bu sülhün və təhlükəsizliyin təhdidi kimi qiymətləndirilir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Mahir Abbaszadə deyib.Onun sözlərinə görə, bu gün Qarabağın ermənilər yaşayan ərazilərində Azərbaycan ekologiyasına zərər vurulması, təbii sərvətlərin daşınması, Ermənistan tərəfin Qarabağda fəaliyyət göstərən hərbi xunta tərəfindən maliyyə vəsaiti ilə təmin edilməsi beynəlxalq hüquqa zidd bir addım kimi dəyərləndirilməlidir".Mahir Abbaszadə sözlərinə belə davam edib: "Bunlar bütün dünyanın gözü qarşısında baş verir. Monitorinqlərə şərait yaradılmaması göstərir ki, rus sülhməramlıları öz missiyalarını layiqincə yerinə yetirə bilmir.Hesab edirəm ki, nə qədər ki bundan sonrakı müddətdə 9 noyabr bəyanatının müddəaları yerinə yetirilməyəcəksə, etirazlar davam etməli, Azərbaycana qarşı indiyədək aparılmış iqtisadi cinayətlərin qarşısı alınmalıdır".

Ayşən Vəli

Digər xəbərlər