“Rusiya-Ukrayna müharibəsi dayanmadığı üçün hər an gərginlik fazasına daxil olmaq müşahidə edilə bilər. Bu baxımdan hesab edirəm ki, Ukraynanın dəstəklənməyi, yeni silahların Ukraynaya ixracı Ukraynanın müdafiə qabiliyyətinin daha da artmağına təkan verəcək. Zelenskinin müharibə başlayandan bu yana ilk xarici səfərini ABŞ-a etməsi də təsadüfi deyil. Özəlliklə Baxmut səfərinin həmən ardından bunun reallaşmağı onu söyləməyə əsas verir ki, ABŞ və Ukrayna arasında yeni müqavilələr imzalanac”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.Onun sözlərinə görə, çox güman ki, yeni müqavilədə dəyəri milyonlarla dollarla ölçülən yeni yardım paketləri razılaşdırılacaq: “Hesab edirəm ki, qış ayları müharibə baxımından daha gərgin keçəcək. Ukrayna ordusu ərazilərə yaxşı bələd olduğu üçün bütün vasitələrdən istifadə edəcək. Ümumilikdə isə bu savaşın episentri və müddəti çox uzunmüddətli olacaq deyə bilərik”.
Müəllif: Səbinə Hüseynli