PDF Oxu

Siyasət

  • 3 905

Effektiv dövlət siyasəti və müasir siyasi lider - ŞƏRH

Effektiv dövlət siyasəti və müasir siyasi lider - ŞƏRH

15 oktyabr 2003-cü il tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciəti: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə 30 oktyabr 2017-ci il tarixində Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı olub. Bu dəmir yolunun tikintisi 2007-ci ildə başlanmışdı. Azərbaycan, Rusiya, İran və Gürcüstan ilə sərhədlərin qədər yeni magistral avtomobil yolları çəkilib. Azərbaycan böyük siyasi, iqtisadi və strateji əhəmiyyət kəsb edən bu beynəlxalq layihələri reallaşdırmaqla Avrasiyanın çox mühüm tranzit və logistika mərkəzinə çevrilib. Daha sonra nəhəng transmilli nəqliyyat layihələri həyata keçirilib. Kosmik orbitə 3 peyk çıxarmış Azərbaycan dünyada sayı çox olmayan kosmik ölkələr klubuna daxil olub. 8 fevral 2013-cü il tarixində birinci, 30 iyun 2014-cü ildə ikinci, 26 sentyabr 2018-ci ildə isə üçüncü telekommunikasiya peyki orbitə çıxarılıb.

Cənab Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. 2003-cü il oktyabr ayından başlayaraq bütün illər ərzində dövlət başçısı xalqın mənəvi inkişafı, dini etiqad azadlığı, multikulturalizm və tolerantlıq ənənələrinin dəstəklənməsi siyasətinə çox böyük diqqət yetirib. Gənclərin sosial, təhsil və mədəni problemlərinin həlli məqsədilə dövlət proqramları təsdiq edilmiş və Gənclər Fondu yaradılıb. Gənclər siyasəti dövlətin fəaliyyətinin prioritet istiqamətlərindən biri, dövlət idarəçiliyinin prinsipidir.Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur Respublikanın gələcəyinə hesablanmış addımlardır. O, rəhbərlik etdiyi 19 illik müddətdə xalqın böyük etimadını qazandı. Sübut etmişdir ki, Azərbaycanı həm daxili, həm də beynəlxalq miqyasda yalnız o təmsil edə bilər.

Nigar İmaməliyeva

YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər