PDF Oxu

Siyasət

  • 1 949

Azərbaycan önəmli tranzit ölkəsinə çevrilib - ŞƏRH

Azərbaycan önəmli tranzit ölkəsinə çevrilib - ŞƏRH

Azərbaycanın yerləşdiyi coğrafi məkan müasir dövrün tələbləri baxımından qiymətləndirmə üçün bir sıra parametrlər üzrə olduqca əlverişli məkanlardan biridir. Belə ki, Avropa ilə Asiyanın şimal yarımkürəsi ilə cənub yarımkürəsinin kəsişmə nöktələrinə yaxın məsafədə yerləşən və əlverişli coğrafi relyefə və təbii resurslara malik respublikamız dünyanın iqtiasadi və siyasi mənzərəsinin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin uzaqgörənliyi, dünyada gedən prosesləri əvvəlcədən qiymətləndirmək bacarığı hesabına, gələcək qlobal çağrışlara cavab verə biləcək infrastrukturun yaradılması hesabına Azərbaycanın dünyanın yeni düzəninin formalaşdırılmasında yerini möhkəmləşdirmiş və rolunu dahada artırmışdır. Hər bir dövlətin mühüm təbii sərvətlərə sahib olması hələ həmin dövlətin digər dövlətlərdən üstün imkanlara malik olmaq anlamına gəlmir.

Dövlət malik olduğu təbii sərvətlərin istehsal və emal edərək dünya bazarına çıxarılması təmin edildikdən sonra həmin dövlət digərlərindən daha yüksək avantaja malik olduğu bəlli olur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev xarici dövlətlərin, əsasəndə Rusiyanın təsir və təqiblərini minumuma endirərək 1994-cü ilin sentyabr ayının 20-də “Əsrin Müqaviləsi” sayılan Böyük Neft Kontraktını imzalamaqla Azərbaycan neftinin hasil edilərək dünya bazarına çıxarılmasına nail oldu. Bununla da Azərbaycana xarici investisiya cəlb edildi və Azərbaycan nefti hazil edilərək respublikaya valyutanın daxil edilməsi təmin edildi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək müasir dövrün tələblərinə uyğun olaraq daha da genişləndirildi. Respublikada iqtisadi imkanlar artdıqca yeni nəqliyyat infrastrukturları, loqistika mərkəzləri yaradıldı, Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına bir başa çıxarılması üçün boru xətləri çəkilərək istifadəyə verildi.

Bakı-Tiblisi-Ceyhan neft kəməri, Bakı-Tiblisi-Ərzurum qaz kəməri, TANAP və TAP qaz kəməri çəkilərək Azərbaycanın neft və qaz ehtiyatları Avropa bazarlarına çıxarıldı və Bakı-Tiblisi-Qars dəmir yolu xətti çəkilərək Azərbaycan Avropanın dəmir yolları magestiralına qoşuldu. Eyni zamanda Ələt limanının tikintisi hesabına Xəzər dənizi üzərindən Asiya dövlətlərindən göndərilən müxtəlif yüklərin qəbulu və buradan da dəmir yolu vasitəsi ilə Avropaya nəql edilməsi üçün imkanlar yaradıldı. Cənab Prezident İlham Əliyevin vaxtında apardığı düzgün xarici iqtisadi sayasət sayəsində Azərbaycan tranzit daşımaları ölkəsinə çevrilmişdir və Azərbaycan dünyada cəlbedici dövlətlərdən biridir. Cənab Prezident İlham Əliyevin dekabr ayının 14 –də Türkmənistana səfəri də Azərbaycanın maraqları baxımından olduqca mühüm hadisələrdən biri hesab edilə bilər. Üç türk dövlətlərinin - Türkmənisatan, Azərbaycan və Türkiyənin dövlət başçılarının iştrakı ilə keçirilən Üçtərəfli Zirvə Görüşü həm siyasi, həm iqtisadi və həmdə hərbi sahədə əməkdaşlığın dahada dərinləşməsi baxımından əhəmiyyətlidir.

Cənab Prezident İlham Əliyevin Üçtəfli Zivə Görüşündə Azərbaycanın ötən müddət ərzində keçdiyi tarixi yola və əldə edilmiş imkanlara və gələcyə hesablanmış hədəflərə dair söylədiyi nitqinə diqqət yetirsək görərik ki, tarix üçün qısa bir müddətdə Azərbaycan müstəqil dövlət olaraq nə qədər böyük yol qət etmiş və hansı böyük uğurlara imza atmışdır. Müstəqilliyin ilk illərində səsi Biləcəridən o tərəfə keçməyən Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Şərqlə- Qərbin, Şimalla-Cənubun bütün kommunikasiya xətlərinin formalaşmasında əsas söz sahiblərindəndir. Regionun ən böyük yük gəmi donanmasına, yük təyyarələrinə sahib bir güclü dövlətdir. Üçtərəfli Zirvə Görüşündə imzalanmış sənədlər Azərbaycana yeni iqtisadi imkanlar qazandırmaqla yanaşı, türk dünyasının daha da qüdrətlənməsi yolunda atılmış mühüm addım olacaqdır.

Yaşasın türk dövlətlərinin birliyi!

Vahid Əliyev.

YAP Xocalı rayon təşkilatının sədri

Digər xəbərlər