PDF Oxu

Siyasət

  • 1 746

Böyük Qayıdış qısa zamanda təmin ediləcək - ŞƏRH

Böyük Qayıdış qısa zamanda təmin ediləcək - ŞƏRH

Məlum olduğu kimi, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb.Vətən müharibəsi Azərbaycan xalqının şanlı qələbə ilə sona çatdı. Cəmi 44 gün davam edən müharibədə Ordumuz işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük Zəfərə imza atdı.Münaqişə başa çatdığına görə bu gün əsas prioritet məsələlərindən biri işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması və orda əhalinin təhlükəsiz yaşayışının təmin edilməsidir.Prezident cənab İlham Əliyev16 noyabr 2022-ci ildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı təsdiq edilmişdir. Məlum olduğu kimi, Dövlət Proqramının əsas məqsədləri “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də Böyük Qayıdışla bağlı təsbit olunmuş əhalinin dayanıqlı məskunlaşmasını və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyasını təmin etməkdir”.

Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri, mövcud vəziyyət, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı ilə bağlı məsələlər və bununla əlaqədar olaraq müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri öz əksini tapıb.Dövlət Proqramında yaşayış məntəqələrində təhlükəsiz yaşayışın təmin edilməsi, ərazilər üzrə dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunması prioritet vəzifələr kimi müəyyən edilib. Bu gün artıq həmin ərazilərə azərbaycan xalqının Böyük qayıdışına start verilib. Lakin azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini ləngidən əsas problem torpaqlarımızın işğal dövründə ermənilər tərəfindən basdırılmış minalardan təmizlənməsi ilə bağlıdır. Hazırda ərazilərin minalardan və digər hərbi sursatdan təmizlənməsi və bu sahədə humanitar minatəmizləmə fəaliyyəti üçün mövcud potensialın mərhələli şəkildə artırılması həyata keçirilir.Qarabağ və Şərqi Zəngəzur rayonlarına daxil olan ərazilər Dövlət Proqramının əhatə dairəsini təşkil edir. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin məqsədləri müəyyənləşdirilərkən BMT-nin və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınmışdır. Həmçinin əhalinin layiqli həyat şəraitinin təmin edilməsi məqsədi ilə Dövlət Proqramında yüksək standartlara cavab verən yaşayış məntəqələrinin, o cümlədən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yeni müasir şəhərlərin və kəndlərin salınması ilə ərazilərin etibarlı su, elektrik, qaz, istilik təminatının həyata keçirilməsi ilə bağlı zəruri layihələrin icrası da nəzərdə tutulub. Məlumdur ki, bu gün enerji təhlükəsizliyi məsələsi də ümumi təhlükəsizlik konsepsiyasının vacib tərkib hissəsi kimi çıxış edir. Bu baxımdan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən istifadəyə əsaslanan “yaşıl” texnalogiyaların tətbiqi ilə “yaşıl enerji” zonalarının yaradılmasına dair Dövlət Proqramında nəzərdə tutulan planlar xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə ki, müasir dünyada insanların həyat səviyyəsinin göstəricisi kimi çıxış mühüm amillərdən biri də yüksək texnologiyalardır. Təsdiq edilmiş Dövlət Proqramında da azad edilmiş ərazilərdə yüksək texnologiyaların tətbiqi ilə müasir rabitə, o cümlədən telekommunikasiya və poçt şəbəkələrinin qurulması, həmçinin qabaqcıl standartlara uyğun təhsil, səhiyyə və sosial xidmətlərin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi, onların əlçatanlığının təmin edilməsi nəzərdə tutulur.Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi, şəxsi nəzarəti ilə işğaldan azad edilmiş ərazilərdə qısa zamanda görülən böyük işlər bizi qürurlandırır və əminliklə söyləmə əsas verir ki, yaxın gələcəkdə xalqımızın bu bölgəyə Böyük Qayıdışı təmin ediləcək.

Çingiz İbrahimov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının əməkdaşı

Digər xəbərlər