PDF Oxu

Siyasət

  • 2 227

“Serbiya ilə siyasi münasibətlərimiz çox yüksəkdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Serbiya ilə siyasi münasibətlərimiz çox yüksəkdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycanla Serbiya arasında diplomatik əlaqələrin yaranmasının 25 ili tamam olub. Ölkələrimiz arası əlaqələrin inkişafı baxımından 2022-ci il zirvə nöqtəsi təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.Onun sözlərinə görə, cari ildə Prezidentlərimiz 4 dəfə görüş keçirmiş, ölkələrimiz arası münasibətlərin inkişafı baxımından bir çox məsləələlər müzakirə olunaraq imzalarla təsdiq olunmuşdur: “Belə ki, 2022-ci ildə Serbiya ilə ticarət dövrüyyəmiz 2021-ci ilə nisbətən 28%-ə qədər artmışdır. 23 noyabrda Prezident İlham Əliyevin Belqrada səfəri çərçivəsində imzalanmış bir çox sənədlər əməkdaşlığımızın çoxşaxəli olmasına yol açıb”.Deputat sözlərinə belə davam edib: “Qeyd etməliyəm ki, Serbiyanın Azərbaycanda 4 şirkəti qeydiyyatdan keçmişdir. Azərbaycanın AzVirt şirkəti Serbiyada yol infrastrukturunun yenidən qurulmasında iştirak edir. O cümlədən, SOCAR-ın Serbiyda neft-kimya sənayesinin inkilşaf etdirilməsində iştirakı məslələri də gündəmdədir.Serbiya Azərbaycandan yaxın zamanlarda qaz və elektrik enerji idxal etməklə özünün enerji təhlükəsizliyini təmin etmiş olacaq. Qara dənizi dibi ilə çəkiləcək yüksək gərginlikli elektrik xətti və ona paralel inşası nəzərdə tutulan rəqəmsal xətt ölkələrimiz arası iqtisadi əlaqələrin genişlənməsinə yol açacaq.Serbiya ilə siyasi münasibətlərimiz çox yüksəkdir. Beynəlxalq platformalarda ölkələrimiz bir-birinin mövqeyini dəstəkləyir və bu da sözümüzün gücünü daha da artırır. Serbiya prezidenti Aleksandr Vuçiçin Bakıya səfəri və Belqradda imzalanmış sənədlərin icrası ilə bağlı bir daha müzakirələrin aparılması ölkələrimiz arası münasibətlərin inkiaşafında maraqlı olduğumuzun göstəricisi hesab edirəm”.

Ayşən Vəli

Digər xəbərlər