PDF Oxu

Siyasət

  • 2 706

“Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq“ - POLİTOLOQ DANIŞDI

“Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq“ - POLİTOLOQ DANIŞDI

“Cənab Prezidentin Rumıniyaya səfəri çərçivəsində dekabrın 17-də paytaxt Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Layihənin ölkəmizə qazandıracağı dividientlərə nəzər salsaq, deyə bilərik ki, bu Saziş ölkəmizin Avropa İttifaqındakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regionlarımızda təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.Onun sözlərinə görə, layihə qlobal miqyaslı əhəmiyyətə malik olmaqla, Avropanı rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq: “Bu əlaqə üçün güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Elektrik enerjisini Azərbaycandan Rumıniya və Macarıstan ərazisinə, oradan isə Avropa İttifaqına gətirməklə bu layihə bizə təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək. Nəticə etibarilə, Avropanın əsas enerji təchizatçısı olan ölkəmiz özünün etibarlı tərəfdaş rolunu və əhəmiyyətini daha da artırmış olacaq. Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər