Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Bəli, bu Qalib Lider, hər bir azərbaycanlının Prezidenti İlham Əliyev cənablarıdır. Bəli, bu gün hər bir azərbaycanlının Prezidenti, görkəmli dövlət xadimi, yeni əsrin yeni lideri olan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 19 il ötür.
MƏN ONA ÖZÜM QƏDƏR İNANIRAM VƏ GƏLƏCƏYİNƏ BÖYÜK ÜMİDLƏR BƏSLƏYİRƏM
Ulu öndər Heydər Əliyevin 19 il əvvəl – 2003-cü ildə ölkəmizdə keçirilmiş prezident seçkiləri ərəfəsində oktyabrın 1-də Azərbaycan xalqına müraciətində deyirdi: «Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".Ümummilli liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək səsvermə hüququna malik olan vətəndaşların 71.5%-i Yeni Azərbaycan Partiyasının namizədi, partiya Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev cənablarına səs verməklə bir daha xalqın düzgün seçim etdiyini təsdiqlədi. Azad, ədalətli və şəffaf şəkildə keçirilən seçkilərdə İlham Əliyev ümumi seçicilərin 2 milyon 438 min 787 nəfərin səsini qazanaraq, yəni 76.84% faizdən çox səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bəli, bu günün zirvəsindən dönüb ötən 19 ilə nəzər saldıqda Azərbaycanın nə qədər möhtəşəm inkişaf mərhələsi yaşadığının canlı şahidi oluruq. Həmin dövrü Azərbaycanın yeni və parlaq inkişaf mərhələsi, Prezident İlham Əliyevin isə onun memarı adlandırılması üçün bütün əsasların olduğunu indi hamı birmənalı şəkildə etiraf edir. Çünki həyat sübuta yetirdi ki, Azərbaycan xalqı 2003-cü ildə tariximizin yeni mərhələsinin ən mühüm qərarını qəbul edərək, ölkəyə Heydər Əliyev miqyasında siyasətçidən sonra yeni lider və prezident seçərkən özünə xas müdrikliyinə əsaslanan yeganə düzgün seçimini edə bilmişdir. Bu, yeni əsrin Qalib Lideri Prezident İlham Əliyev cənablarıdır. Çünki Prezident İlham Əliyev…
SÖZÜ İMZASI QƏDƏR QÜVVƏTLİ OLAN LİDERDİR
Bir sözlə, Azərbaycan xalqı 2003-cü ildə tariximizin yeni mərhələsinin ən mühüm qərarını qəbul edərək, ölkəyə Heydər Əliyev miqyasında siyasətçidən sonra yeni lider və prezident seçərkən özünə xas müdrikliyinə əsaslanan yeganə düzgün seçimini edə bilmişdir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Prezident İlham Əliyev hər zaman çıxışlarında bildirib ki, “Mənim sözüm imzam qədər qüvvətlidir”.Bəli, sözü imzası qədər dəyərli və qüvvətli olan Prezident İlham Əliyev son 19 ildə xalqımızın ən böyük arzularını gerçəkləşdirən – Qalib Liderdir. Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan artıq 19 ildir ki, etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempi ilə uğurla irəliləyir. Zəmanəmizin dahisindən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan, bu inamı layiqincə doğruldan və ata vəsiyyətini yerinə yetirən, son 19 ildə Azərbaycanımızın tarixinə ancaq uğurlar, naliyyətlər, qələbələr kimi yazılmaqla yanaşı, xalqımızın arzularının da gerçəkləşdirən Qalib Liderimiz, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarıdır. Prezident İlham Əliyev Azərbaycanın bügünkü və gələcək inkişafının təminatçısıdır. Onun rəhbərliyi ilə Azərbaycan özünün bu illər ərzində milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq ərazilərimizi işğaldan azad etdi və öz adını son 200 ildə ilk dəfə olaraq torpaqlarımızı yağı tapdağından azad edən Böyük Dövlət xadimi, Qüdrətli Sərkərdə kimi Azərbaycan tarixinə həkk etdi. Mahir diplomat və müdrik dövlət xadimi Prezident İlham Əliyev hakimiyyətinin bütün illərində dövlət və xalq maraqlarını ən ali məqsəd kimi qarşıya qoydu. Hər zaman xalqının və dövlətinin milli maraqlarını müdafiə edən qətiyyətli Ali Baş Komandanımız milli mənafeyimizi beynəlxalq aləmdə böyük qətiyyətlə qorudu, Qarabağ həqiqətlərini ən nüfuzlu təşkilatlarda, tribunalarda müxtəlif dillərdə bütün dünyaya çatdırmaqla xalqın dili, səsi oldu. «Dəmir yumruğu» ilə düşmənin başını əzməyi bacardı. Bu uzaqgörən, düşünülmüş siyasətin nəticəsi olaraq, xalq və iqtidar birliyi daha sarsılmaz şəkil aldı. Bu birlik nəticəsində illərdi düşmən tapdağı altında qalan əzəli Vətən torpaqları Ermənistanın işğalçı silahlı qüvvələrindən azad edildi. Düşməni hərbi bacarığımızla yanaşı, həm də siyasi, iqtisadi gücümüzlə də iflic etməyi bacardıq. Hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Qalib Liderimiz Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Bu, cəmi 44 gün davam edən və Ali Baş Komandanımızın "Dəmir Yumruq" siyasəti ilə Vətən müharibəsinin böyük zəfəri ilə başa çatması Prezident İlham Əliyevin qələbəsi, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun təntənəsi idi. Bu qələbə xalqımızın, ordumuzun, milli birliyimizin, haqqın və ədələtin zəfəri idi. Bu tarixi Zəfər Qələbəsi ilə Azərbaycan Prezidenti İlham Əliyev həyatını Azərbaycana həsr edən, «Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur» - deyən Ulu Öndərin arzusunu reallaşdırıldığı qələbə idi. Şuşanın azad edilməsi münasibətilə xalqa müraciətində Prezident İlham Əliyev bəyan etmişdi: «Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!».Bəli, ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər birimizdə böyük sevinc və qürur hisləri yaradır. Bu böyük qələbə ilə Ali Baş Komandanımız, Prezident İlham Əliyev Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. Bu gün tək Qarabağ yox, işğal altında olan bütün torpaqlarımız geri qaytarıldı. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu, tarixin böyük qələbəsi idi. Bu qələbənin isə bir şəriksiz müəllifi var – Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyev. Və noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatı bir daha sübut etdi ki, indi şərtləri Azərbaycan verəcək. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Bu, Prezident İlham Əliyevin son 19 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının Qələbəsidir.Ən əsas məqam isə, tarixi qələbəmizdən dərhal sonra qüdrətli ordumuzun müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş rayonlara səfər etdi. Bütün təhlükələrə, çətinliklərə baxmayaraq müqəddəs torpaq sevgisi, xalq məhəbbəti onların yol - yoldaşı oldu. "Ən böyük xoşbəxtlik, ən böyük qiymət odur ki, xalq səni dəstəkləsin" - deyən Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanı işğaldan azad edilmiş Qarabağ torpaqlarında xalq böyük coşqu, sonsuz sevgi ilə qarşıladı. Daha sonra Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını sonsuz səmalara qaldıran dövlətimizin başçısı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva xalqı üçün böyük qürur, fəxarət hissi yaşatmaqla bərabər, həmçinin də bu torpaqların əzəli və əbədi türk yurdu olmasını dünyaya bir daha çatdırmış oldu.Budur, dünyasəviyyəli, cəsarətli LİDER! Budur, xalqın Prezidenti olmaq!Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının çıxışlarının birində deyib: “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.Bəli, bu gün Azərbaycan xalqı da Qalib Liderimiz Prezident İlham Əliyevin son 19 il prezidentlik fəaliyyəti dövründə bir daha gördü ki, Azərbaycan Prezidenti daima xalqı ilə birlikdədir, onların yanındadır, bütün görülən işləri də xalqına aydın şəkildə çatdırır. Və bu günün reallıqları onu göstərir ki, qələbəmizdən ötən iki il ərzində həm siyasi, həm də iqtisadi baxımdan mühüm nailiyyətlərə imza atan - sözü imzası qədər qüvvətli olan lider Prezident İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində çox qısa zamanda Qarabağın yenidən dirçələcəyinə, 2023-cü ildə də işğaldan azad edilmiş rayonlarımıza, bütün Qarabağa yeni nəfəs veriləcək, bu torpaqlarda həyat qaynayacaq, dünya Azərbaycan xalqının quruculuq əzminin şahidi olacaq.
SEYFƏDDİN ƏLİYEV,
YAP Masallı rayon təşkilatının sədri
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...