"Dünən Fransa prezidenti Emmanuel Makronun maraqlı bir müsahibəsi çıxdı. Müsahibə dünyanın analitik mərkəzlərində analiz edildi. O qeyd etdi ki, təhlükəsizlik sisteminin yaradılması üzərində işlər gedir. Buradan da belə hiss olunur ki, Emmanuel Makron Azərbaycan Prezidentini çox istəyir. Amma bu çox qəribə bir istəkdir. Belə məhəbbət və dostluq olmur". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, Fransa bilməlidir ki, təhlükəsizlik sistemini yaratmaq istəyirsə, ilk öncə yaxın dostu Ermənistanı buna çağırmalıdır: "O bildirib ki, biz belə bir sistem qurmasaq, dünyanı digər böyük ölkələr edəcək. Bu bir dövlət başçısına yaraşmayan ifadədir. Fransa problemləri daha da ağırlaşdıraraq dostlarını özündən uzaqlaşdırır. Fransa özünün düşdüyü vəziyyəti normal qiymətləndirmək iqtidarında deyil.Azərbaycana aidiyyatı olmasaydı, bu ölkənin nə hərəkət etdiyi bizim marağımızda olmazdı. Çox istəyərdik ki, Fransa Azərbaycana qarşı ədalətli addım atsın".
Ayşən Vəli