PDF Oxu

Siyasət

  • 2 456

"Avropalı deputatlara qızıl yataqlarının əllərindən çıxması birbaşa iqtisadi zərbədir" - ZAHİD ORUC

"Avropalı deputatlara qızıl yataqlarının əllərindən çıxması birbaşa iqtisadi zərbədir" - ZAHİD ORUC

"Ölkəmizi kürü diplomatiyasında ittiham edənlər özləri Xəzəri udmağa hazırdır". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc bildirib.Onun sözlərinə görə, Xocavənddə qızıl-mis oliqarxlarının Avropaya uzanan əlləri torpaq uğrunda mübarizə deyil, mənfəət davasıdır: "Avropalı deputatlara qızıl yataqlarının əllərindən çıxması birbaşa iqtisadi zərbədir. Sərvətlərimizi Azərbaycanın əleyhinə xərcləyirlər. Dünya erməniçililyi və təəssübkeşlərinin üst təbəqəsi üçün Qarabağ ofşor zonadır. Lakin yunan əsilli, erməni dostları qrupunun lideri Eva Kaylinin həbsinin Ermənistana böyük zərbə olduğunu nəzərə alaraq, Azərbaycan dövləti Belçika polisinə ölkəmiz əleyhinə qəbul edilən bütün qətnamələrin korrupsiya ekpertizasının keçirilməsini tələb etməlidir”.

Ayşən Vəli

Digər xəbərlər