PDF Oxu

Siyasət

  • 2 801

"Vətəndaşları illərlə süründürürlər, burada hakimlər də günahkardır" - SİYAVUŞ NOVRUZOV

"Vətəndaşları illərlə süründürürlər, burada hakimlər də günahkardır" - SİYAVUŞ NOVRUZOV

"Bu gün hüquq-mühafizə orqanları içərisində məhkəmə ilə bağlı şikayətlər çoxdur". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.Onun sözlərinə görə, vətəndaşın narazılığı əgər məhkəmələrdən asılıdırsa, bu, o deməkdir ki, məhkəmə işinin düzgün aparılmama halları yaşanır: "Belə olan halda, məhkəmənin çıxardığı qərar da ədalətli olmaz. Bu baxımdan, yeni təyin olunan hakimlər bu məsələlərə diqqət yetirilməlidir ki, ədalətsizlik olmasın. Vətəndaşları illərlə süründürürlər, burada hakimlər də günahkardır. Onlar tənbeh olunmalı, ən azından maaşlarından kəsilmələr olmalıdır ki, belə hallar olmasın”.

Ayşən Vəli

Digər xəbərlər