PDF Oxu

Siyasət

  • 3 252

"Bu zalda hələ indiyə qədər hansısa deputatın sözü kəsilməyib" - SAHİBƏ QAFAROVA

"Bu zalda hələ indiyə qədər hansısa deputatın sözü kəsilməyib" - SAHİBƏ QAFAROVA

"Bu zalda hələ indiyə qədər hansısa deputatın sözü kəsilməyib". SİA xəbər verir ki, bu sözləri parlamentin dekabrın 23-də keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.Sədr qeyd edib ki, burada kim yazılırsa, həmişə söz vermişəm: "Müzakirələr kəsilibsə, bu, hamının razılığı ilə olub. Mən hamıya söz verirəm, xaiş edirəm, bunu nəzərə alın".Qeyd edək ki, deputat Erkin Qədirli bildirib ki, çıxışa yazılanda səsə qoyulmaq tələbi qoyulur. Bu birinci dəfə deyil ki, mən çıxışa yazılanda səsə qoyulmaq tələbi qoyulur. Bu yalnız mənə görə olmur, başqa hallarda da olur. Ona görə də bəzən bizim çıxış etmək imkanımız olmur.Deputat Hikmət Babaoğlu da eyni məsələni qaldırıb: "Burada bəzi deputatlar özü çıxış edir və sonra deyir ki, məsələ səsə qoyulsun. Burada hamının danışmaq hüququ var”.

Ayşən Vəli

Digər xəbərlər