Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu günlərdə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycana qısamüddətli işgüzar səfərdə oldu. Ümumiyyətlə, Azərbatcan-Serbiya arasında çox sıx və səmimi əməkdaşlıq mövcuddür. Bu iki dost ölkənin prezidentləri arasında möhkəm dostluq əlaqələri var. Bir sıra oxşar cəhətlərə malik Azərbaycan və Serbiya hər ikisi müstəqil dövlət kimi gəncdir. Buna baxmayaraq, Azərbaycan və Serbiya həm ikitərəfli həm də çoxtərəfli formatda, eyni zamanda, beynəlxalq təşkilatlarda bir-birlərinin ərazi bütövlüyünü, suveren hüquqlarını dəstəkləyirlər.
Hər iki ölkə uzun illərdir separatizmdən və ikili standartlardan əziyyət çəkən ölkələrdəndir. 44 günlük Vətən müharibəsində də rəsmi Belqrad Azərbaycanın haqlı davasını dəstəklədi. Ümumiyyətlə Aleksandr Vuçiçin Serbiyaya rəhbərlik etdiyi dövrdə bu ölkə həm Türkiyə, həm də Azərbaycanla əlaqələrin və əməkdaşlığın daha da möhkəmlğnməsi və güclənməsinə önəm verir. Belə ki, Serbiyanın son illər hər iki ölkə ilə əməkdaşlığı, qarşılıqlı işbirliyi genişlənir. Son iki il ərzində isə Serbiya-Azərbaycan arasında münasibətlər çox sürətlə inkişaf edir.Səfər çərçivəsində bir sıra önəmli sahələr üzrə konkret işbirliyinin əsası qoyuldu. Serbiya Prezidenti Bakıdakı işgüzar səfəri çərçivəsində keçirilən mətbuat konfransında möhtərəm Prezidentimizin Belqrada uğurlu səfəri haqqında , bu səfərin vacib məqamları bir daha xüsusi olaraq səsləndirdi. Vuçiç bəyanatında Azərbaycanla ölkəsinin sıx əməkdaşlığını, prezident İlham Əliyevlə dostluğundan qürur duyduğunu və Azərbaycanı ölkəsi və xalqı üçün öz evi, ikinci ölkəsi hesab etdiyini səsləndirdi.
Serbiyanın dövlət başçısı hər dəfə Azərbaycana gələndə, Bakıdakı böyük dəyişiklikləri və inanılmaz tərəqqinin şahidi olduğunu qeyd edərək, belə sürətli inkişafı müasir dünyada yalnız çox az yerdə görmək olduğuni qeyd etdi. Vuçiç bu nailiyyətləri neft və qazdan gələn gəlirlərlə əlaqəli olduğunu deyənləri qınayaraq, bildiridi ki, bu sahədə Azərbaycandan da çox zəngin ölkələrdə ağır durumda olduğunu hətta ayrı-ayrı misallarla müqayisə etdi. Vuçiç bütün bu uğurların İlham Əliyevin gücündən uzaqgörənliyindən və dünyada, eləcə də bölgədə baş verən geosiyasi prosesləri, bəşəriyyətin üzləşdiyi çağırışları düzgün qiymətləndirməsindən və ölkəsinə olan sevgisindən qaynaqlandığını vurğuladı. Onun çıxışında İlham Əliyevdən bir çox şeyləri öyrəndiyini də qeyd etməsi sözsüz ki, hər bir azərbaycanlı üçün qürurvericidir.Dost ölkənin rəhbəri Azərbaycanla strateji tərəfdaş olan ölkəsinin müxtəlif sahələrdə daha geniş işbirliyinin qurulmasında çox maraqlı olduqlarını qeyd etdi. Son vaxtlar Serbiya Azərbaycanla elektrik enerjisi sahəsində, müdafiə sənayesində ortaq əməkdaşlıığın daha da genişlənməsinə böyük önəm verilir. İlham Əliyev Serbiya ilə əməkdaşlığa böyük önəm verdiyini və bütün sahələrdə həm ikitərəfli formatda və həm də çoxtərəfli formatda əməkdaşlıın daha da genişlənəcəyini vurğulayıb.Son olaraq qeyd etmək istərdim ki, Serbiya Prezidentinin Bakıya işgüzar səfəti iki dost və stateji tərəfdaş ölkə olan Azərbaycanla Serbiya arasındakı münasibətlərin, işbirliyinin, dostluğun daha da genişlənməsi və güclənməsinə böyük töhfələr verdi.
Könül İbrahimova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin
Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri