Prezident İlham Əliyevin keçirdiyi görüşlər, videokonfranslarda etdiyi çıxışlar Azərbaycan gerçəkliyini dünyaya daha yaxından tanıdır
Аzərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün apardığı Vətən müharibəsi xalqımızın möhtəşəm qələbəsi ilə 8 noyabr 2020-ci ildə başa çatdı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz döyüş meydanında düşməni 30 il işğalda olan torpaqlarımızdan qovdu və tarixi ədaləti bərpa etdi. Həmin düşmənlə mübarizəmiz indi başqa müstəvidə davam edir.Cəbhədə məğlub olan düşmənin niyyəti xalqımızda qorxu, xaos, narahatlıq yaratmaq, qələbə əzmini qırmaqdır. Azərbaycan bu haqq yolunda tam zəfər əldə edənə kimi dayanmayacaq. Bizim öz ərazilərimizi azad etmək, antiterror əməliyyatı keçirmək hüququmuz var. Biz yalnız öz torpaqlarımızın azad edilməsini istəyirik və heç bir beynəlxalq qaydaları və qanunları pozmuruq. Ermənistan işğalçılıq siyasəti yeritməklə bərabər, Azərbaycanın təbii ehtiyatlarını, resurslarını mənimsəməkdə davam edir. Azərbaycanın zəngin qızıl ehtiyyatlarını qeyri-qanuni istismar edən düşmən hasil edilən ehtiyatları dünya bazarına Ermənistan istehsalı kimi çıxarır. Ermənistanın bu əməlləri terrordur, cinayətdir.
Ulu öndər Heydər Əliyev 23 fevral 1994-cü ildə Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxışında demişdir: “Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920 -ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik”.
Bu gün dünyada baş verən siyasi gəlişmələri izləyəndə, bizi özünə çəkən respublikamızla bağlı istər açıq, istərsə də gizlin gedən oyunlardır. Ermənistan hakimiyyətinin atdığı addımlar və bu addımlara paralel olaraq, erməni diasporunun və ermənipərəstgüclərin xalqımıza qarşı yürütdüyü məkkirli siyasi gedişlər mütəmadi olaraq davam etdirilir.
Prezident İlham Əliyevin cari ilin 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə demişdir:"Bu günkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranmışdır. Bu tarixi biz yaxşı bilirik. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı - bütün bunlar bizim tarixi torpaqlarımızdır.Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.
Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir.
Xalqın tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub. Bu günki Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil.
Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi. İki dəfə ATƏT-in faktaraşdırıcı missiyası o vaxt işğal altında olan torpaqlara göndərilmişdi. Ancaq onların məruzəsinə baxdıqda, yenə də ikili standartlar görürüdük.
Azərbaycan-Ermənistan sərhədində məcburən hərbi əməliyyat keçirməli olduq. Bu hərbi əməliyyat nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir.Sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər.Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub. Burada təkcə Ermənistan yox, bəlkə də onlardan daha çox onların xaricdəki havadarları, onların arxasında dayanan dövlətlər yenə də Azərbaycana qarşı qarayaxma kampaniyası başlamışdır. Bizim təbii sərvətlərimiz istismar edilir, təbii sərvətlərimiz daşınır.
İcma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Mövcud istiqamətdə görülən iş bundan sonra daha məqsədyönlü şəkildə aparılmalıdır. Təşkilat qurulub, icra qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Əlavə göstərişlər də veriləcəkdir. Ölkə daxilində icmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Azərbaycan çərçivəsində icmanın fəallığı çox önəmli ola bilər".Hadisələrin mahiyyətinə vardıqca, aydın olur ki, artıq böyük dünya Azərbaycan reallıqlarını bütövlükdə qəbul edib. Aparılan müzakirələr, Azərbaycana və Azərbaycandanolan səfərlər qarşılıqlı şəkildə beynəlxalq aləmə gerçəyi görmək imkanı verib. Bu işdə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin keçirdiyi görüşlər, videokonfranslarda etdiyi çıxışlar Qarabağ həqiqətlərini, Azərbaycan gerçəkliyini dünyaya daha yaxından tanıdır.
2020-ci il noyabr ayının 10-da Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən Ermənistan-AzərbaycanDağlıq Qaarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoymuş, CənubiQafqaz bölgəsinin gələcək inkişafına yol açmışdır. Möhtərəm dövlət başçımızın dediyi kimi, biz bütün şəhər və kəndlərimizi bərpa edəcəyik, yenidən quracağıq və işğaldan azad edilmiş bütün bölgələrimizə həyat qayıdacaqdır.
Hacı Hacıyev
Azərbaycan KP MİK sədri