PDF Oxu

Siyasət

  • 4 587

Tarixi diyarımız - Qərbi Azərbaycan - ŞƏRH

Tarixi diyarımız - Qərbi Azərbaycan - ŞƏRH

Son illərdə öz doğum gününü qaçqınlar və köçünlərlər, əsgərlərlə keçirən dövlət başçısının bu dəfə vaxtilə Ermənistan ərazisində doğulub-böyümüş ziyalılarla görüşməsi simvolik məna daşıyırdı. Bu görüşdə Prezident ətraflı çıxış edib və bir sıra mesajlar verib. Çıxışında cənab Prezident qeyd edib ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.

Azərbaycan xalqının tarixi yaddaşının doğma torpaqlarımıza olan sevgini hər zaman qoruduğunu qeyd edən Prezident bildirib ki, bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməyiblər: “Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyiərbi Azərbaycanın bizim tarixi torpağımız olduğunu, bunun bir çox tarixi sənədlərlə, tarixi xəritələrlə təsdiqləndiyini bildirən cənab Prezident nəzərə çatdırıb ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır, hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməlidir: “Beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmaq lazımdır yolunu bizə göstərəcəklər”.

Ermənilər Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da bütün tarixi, dini abidələrimizi yerlə-yeksan etdiklərini, azərbaycanlıların tarixi irsini silmək istədiklərini, ancaq buna nail ola bilmədiklərini qeyd edən dövlət başçısı Qərbi Azərbaycan İcmasının binasında nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritəyə istinad edərək deyib: “Bu bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.

Sovet hökumətinin 1920-ci ildəki qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzurun da Ermənistana birləşdirilməsini, bunun xalqımıza qarşı növbəti cinayət olduğunu deyən dövlət başçısı əlavə edib ki, bu, həm də Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi.Həmin ərazilərdə əcdadlarımızın yaratdığı maddi-mədəni irisi ermənilərin barbarcasına necə dağıtdıqlarını, Qərbi Azərbaycan torpaqlarının Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən ermənilərə necə verildiyini, beynəlxalq hüquq baxımından bizə aid olan torpaqlarda necə yaşamaq hüququmuzun olduğunu bütün dünyaya çatdırmalı və o torpaqlara qayıtmağımız üçün hüquqi, informativ mühit formalaştırmalıyıq. Bu, Azərbaycan torpaqlarını ədalətsiz şəkildə ayrı-ayrı güc mərkəzlərinin əli ilə alınıb müxtəlif dövlətlərin ərazisinə qatılmasını aradan qaldırmaq kimi bir missiyadır. Bu torpaqların bütöv bir Azərbaycanda cəmləşməsi missiyası dövlət başçısı İlham Əliyevin taleyinə yazılıb. Bu, böyük bir missiyadır. Bu tarixi missiyanı həyata keçirmək, reallaşdırmaq olduqca çətindir. Lakin bu çətin işin öhdəsindən müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident lider olaraq xalqı ilə bərabər gələcək.

Dövlət başçısı Qərbi Azərbaycan İcmasının qarşısında məhz bu məsələləri vəzifə kimi qoyaraq bunun milli maraqlarımız baxımından nə qədər strateji olduğunu əsaslandırdı, milli məqsədlərimizə yumşaq güc və sülh yolu vasitəsilə çata bilməyimizin vacib olduğunu bildirdi. Dövlət başçımızın fikirləri xalqımızın yeni əsrdə yeni vəzifələrinin siyasi konseptual əsaslarıdır və Vətən müharibəsində monolit birliyimiz ilə milli hədəflərimizə çatdığımız kimi, bundan sonra da bu birliyi davam etdirərək tarixi Qərbi Azərbaycan torpaqlarımıza qayıtmalıyıq.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər