Siyasət

  • 6 653

“Qərbi Azərbaycanlılar tarixi torpaqlarına qovuşacaqlar” ŞƏRH

image

Tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirən sovet hökuməti Qərbi azərbaycanlıları dədə-baba torpaqlarından didərgin saldı. Sovet və erməni birliyinin məkrli planından sonra Qərbi azərbaycanlılar qanunsuz olaraq deportasiyaya məruz qaldı.Bu plan təkcə torpaqlarımızı ələ keçirmək üçün deyil, Azərbaycanı Naxçıvandan və Türkiyədən ayırmaq üçün əsas addım idi. Əlbəttə ki, bunun arxasında türk fobiyası dayanırdı. Erməni millətçiləri yaxşı bilirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı onlar üçün sözün əsl mənasında böyük güc olacaqdı. Məhz buna görə də, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə məkrli planın ilk addımları atılmağa başladı. Onlar Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər.

Xalqımıza qarşı törədilən dəhşətli cinayət bununla bitmədi. Dəfələrlə azərbaycanlıları sıxışdırıb yurd-yuvalarından çıxarmağa çalışdılar. Ermənilərin vətəndaşlarımıza qarşı xain planı öz himayədarlarının dəstəyi ilə işləyirdi.

1980-ci illərin sonlarında isə sovet hökumətinin havadarlığı ilə erməni millətçiləri Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə etdi. Xalqımıza qarşı növbəti cinayət 1987-ci ilin noyabr ayında törədildi. Həmin il Heydər Əliyev artıq bütün vəzifələrdən uzaqlaşdırılmışdır. Bu da vandalların işinə yaramışdı. Şübhəsiz ki, Qərbi Azərbaycanlılar tarixi torpaqlarına qovuşacaqlar. Qərbi Azərbaycan vətəndaşları hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Dekabrın 24-də İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olmasını misal göstərmək olar. Bu onu göstərir ki, Cənab Prezident heç vaxt heç bir vətəndaşını unutmur, öz qayğısını göstərir. Cənab İlham Əliyev Qərbi azərbaycanlıların qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplum olduğunu vurğulayıb. Onların hüquqları bərpa edilməli və onlar öz doğma torpaqlarına qayıtmalı olduğunu qeyd edib.

Abbas Əliyev,

Yeni Azərbaycan Partiyası

Abşeron rayon təşkilatıının sədri

Digər xəbərlər