“Erməni tərəfi sülh müqaviləsinin imzalanmasına özünün müqabil bildiyi şərtlər daxilində getməyə hazır olduğunu bəyan edir. Rəsmi Bakı heç bir vəchlə bu şərtlərlə sülh müqaviləsinin imzalanmasına razılıq verə bilməz”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanmasına qədər Ermənistan 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatının şərtləri ilə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, nəqliyyat-kommunikasiya xətləri açılmalı, iki dövlət arasında dövlət sərhədlərinin demarkasiyası aparılmalıdır: “Rəsmi İrəvan isə bu öhdəliklərin yerinə yetirilməsini ləngidir. Üstəlik, keçmiş Minsk Qrupunu danışılar formatına qaytarmaqla Qarabağın təhlükəsizliyi ilə bağlı rəsmi Bakıdan təminatlar istəyir. Bu isə maraqlarımız baxımından yol verilən deyil, əvvəla Ermənistan Azərbaycan ərazisindən büsbütün qoşunlarını çıxartmalıdır, ikincisi keçmiş Minsk Qrupunun danışıqlara qaytarılmasına heç bir ehtiyac yoxdur. Onsuz da bu qrup de fakto artıq dağılıb, nəhayət, Qarabağ Azərbaycanın daxili məsələsidir və problemin həlli Azərbaycanın yurisdiksiyasına aiddir, erməni tərəfi, hələlik, Rusiya və Ukrayna arasında qarşıdurmanın necə nəticələnəcəyini gözləyir və onu məmnun edən reallıqlar şəraitində Qərbin dəstəyi ilə Rusiyanın təsir dairəsindən qopmağa çalışacaq”.
Müəllif: Gülyana