PDF Oxu

Siyasət

  • 3 519

“20 Yanvar faciəsini dünyaya çatdırmaq istiqamətində xeyli işlər görülüb” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“20 Yanvar faciəsini dünyaya çatdırmaq istiqamətində xeyli işlər görülüb” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan ötən müddətdə 20 Yanvar faciəsini dünyaya çatdırmaq istiqamətdə xeyli işlər görüb. Ölkə rəhbərliyinin tapşırığına əsasən, səfirlik, diaspor, xaricdə yaşayan azərbaycanlılar davamlı olaraq bu istiqamətdə açıqlama və bəyanatlar veriblər, müxtəlif dillərdə mətbu nəşrlər qələmə alınıbdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.Onun sözlərinə görə, bu istiqamətdə xeyli işlər görülüb: “Amma biz gördüyümüz işləri tam yetərli hesab etmək olmaz. Hesab edirəm ki, daha da ciddi addımların atılmasına ehtiyac var.Eyni zamanda, burada biz 20 Yanvarla bağlı məsələlərdə ermənilərin rolunu da xüsusi qabartmalıyıq. Yəni, bu gün dünyada ermənilər hər bir məqamdan bizim əleyhimizə istifadə edirlər”.Deputat sözlərinə belə davam edib: “Hesab edirəm ki, 20 Yanvar faciəsində də ermənilərin rolu, atdığı addımlar, gördüyü işlər, o prosesdə onların rolu ilə bağlı kifayət qədər yer verməliyik və həssas bir yanaşma nümayiş etdirməliyik. Yəni, hesab edirəm ki, hazırkı dövrdə bu məsələ çox önəmli və vacib bir məsələdir.Tarixdən də hər birimizə məlumdur ki, ermənilər bundan hər zaman məharətlə istifadə ediblər və biz də öz fəaliyyətimizdə bu məsələlərə çox həssas və diqqətlə yanaşmalı, prosesə öz töhfəmizi verməyə çalışmalıyıq, çünki bu, olduqca önəmli bir məsələdir”.

Ayşən Vəli

Digər xəbərlər