PDF Oxu

Siyasət

  • 2 216

“Qərbi Azərbaycana qayıdış bu insanların haqqıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Qərbi Azərbaycana qayıdış bu insanların haqqıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Qərbi Azərbaycana qayıdış Zəngəzurun, İrəvanın, Göyçənin didərgin salınmış əsl sahiblərinin öz ata-baba yurdlarına yenidən sahib çıxması mürəkkəb tarixi-siyasi prosesdir və köklü konseptual yanaşma tələb edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu baxımdan, Prezident İlham Əliyevin keçən ilki doğum günündə Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşməsi prosesin çox mühüm bir fazasına qədəm qoyulmasından xəbər verir: “Əlbəttə, həmin tarixə qədər artıq cənab İlham Əliyev Qərbi Azərbaycana dönüş məsələsini dəfələrlə gündəmə gətirmiş və bu konsepsiyanı hücum siyasətimizin mühüm bir elementinə çevirmişdi.Xatırlayırsınızsa,
2020-ci ilin martın 4-də Tovuzda Tarix-Diyarşünaslıq, həmin il iyunun 3-də isə Tərtərdə Dövlət Rəmzləri Muzeylərinin açılışında Prezident İlham Əliyev asılmış xəritələrlərə baxaraq Qərbi Azərbaycandakı tarixi adların düzgün yazılmasını tələb etmişdi. Eyni zamanda dövlət başçısı media mənsubları və ictimaiyyət nümayəndələrinə hazırda Ermənistanın ərazisindəki qədim Azərbaycan yurd yerlərinin tarixi adlarından istifadə etməyə çağırmışdı. Ötən il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində isə cənab İlham Əliyev Qərbi Azərbaycanın Ermənistana verilməsi, Zəngəzurla bağlı şəxsi tarixçəsi, habelə Naxçıvanda əslən Zəngəzurdan olan babasının məzarını ziyarət etməsi ilə bağlı fikirləri artıq möhtərəm Prezidentin bu istiqamətdə aydın yol xəritəsinə malik olduğunu göstərirdi”.Deputat sözlərinə belə davam edib: “2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan icması ilə görüşdə isə artıq konkret tapşırıqlar qoyuldu. İlk növbədə mükəmməl qayıdış konspesiyasının hazırlanması, bu istiqamətdə hüquqi-siyasi tədbirlər planın müəyyən olunması, informasiya siyasətinin konturlarının müəyyən olunması kimi ciddi vəzifələr müəyyən olundu. Əlbəttə, dövlət başçısının bu addımları bizim Ermənistana ərazi iddiamız deyil, lakin eyni zamanda da unutmamalıyıq ki, 300 mindən artıq insanın öz yurd yerinin iddiasından da imtina edilməyəcək. Zəngəzura, İrəvana, Göyçəyə, Dərələyəzə, bir sözlə Qərbi Azərbaycana qayıdış bu insanların haqqıdır və hər kəs də əmin olsun ki, Azərbaycan dövləti də dünya azərbaycanlılarının yeganə mərkəzi, Prezident İlham Əliyev isə tək lideri kimi hansı yolla olur-olsun, bu qayıdışın ləyaqətli formada reallaşmasını təmin edəcək”.

Ayşən Vəli

Digər xəbərlər