PDF Oxu

Siyasət

  • 2 370

Azərbaycan yeni sosial-iqtisadi uğurlara imaza atır - TƏHLİL

Azərbaycan yeni sosial-iqtisadi uğurlara imaza atır - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Əgər istəsək, ölkəmizin xarici dövlət borcunu bir gün ərzində sıfırlaya bilərik”

Prezident İlham Əliyevin 2018-ci il 11 aprel tarixli andiçmə mərasimindəki çıxışı zamanı bildirmişdir: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.Azərbaycan Prezidenti dəfələrlə çıxışlarında vurğulayıb ki, əldə edilmiş uğurların dünyada bərabəri yoxdur.Bəli, həqiqətən də bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil. Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub, "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah". Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik. Bu fakt son 19 ildə Azərbaycan iqtisadi göstəricilərinə görə islahatçı ölkələr siyahısında olması bir daha deyilənlərin göstəricisidir.Elə bu günlərdə Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında bildirib ki, müstəqillik dövründə Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, sənaye və iqtisadiyyatımız artır."Bu ilin iki ayında ümumi daxili məhsul 6,7 faiz, qeyri-neft sektoru 10,1 faiz, qeyri-neft sənaye istehsalı təxminən 21 faiz artmışdır. Bütün bunlar postpandemiya dövründə əldə edilmiş nailiyyətlərdir və onu göstərir ki, Azərbaycanda aparılan islahatlar, sənayeləşmə siyasəti, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində doğrudan da təqdirəlayiq addımlar atılır”, - deyə dövlətimizin başçısı vurğulayıb.Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan dünya miqyasında o ölkələrdəndir ki, xarici dövlət borcu çox aşağı səviyyədədir, cəmi 7,4 milyard dollardır: “Əgər istəsək, biz bu borcu bir gün ərzində sıfırlaya bilərik. Əlbəttə ki, həm beynəlxalq maliyyə qurumları, həm böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar”.
ƏLDƏ EDİLMİŞ UĞURLARIN DÜNYADA BƏRABƏRİ YOXDUR
Prezident İlham Əliyev cənablarının dediyi "Əldə edilmiş uğurların dünyada bərabəri yoxdur» fikri, bu gün həqiqətən də ölkəmizdə İkinci Vətən müharibəsinin qələbəsi ilə başa çatması deyilənlərin göstəricisidir. Xüsusilə, mənfur terrorçu Ermənistan sentyabrın 27-də İkinci Vətən müharibəsi başlayan gündən bütün dünya bir daha şahidi oldu ki, Azərbaycan həqiqətən də güclü dövlətdir və bunu işğalçı, faşist xislətli düşmən dövlət də bir daha gördü. Və işğal olunmuş torpaqlarımızın azad olunması, məhz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu nəticəsində dünyanın ən güclü 50 ordusundan birinə çevrilməsidir ki, Müzəffər Azərbaycan Ordusu və rəşadətli əsgərlərimiz bu gün döyüş meydanında öz sözünü deyir və işğalçılıq siyasətindən əl çəkmək istəməyən Ermənistan öz layiqli cavabını alır. Çünki Azərbaycan haqq və ədaləti, beynəlxalq hüquq müstəvisində öz ərazi bütövlüyünün bərpa olunması yolunda mübarizədə Qalib gələrək bir daha sübut etdi ki, Qarabağ Azərbaycandır!Belə ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 19 ildə Azərbaycanın ümumi daxili məhsul istehsalı 3,4 dəfə artıb. 2003-cü ilə nisbətən ötən ildə qeyri-neft-qaz sektoru üzrə ÜDM istehsalı 3,1 dəfə, sənaye məhsulu istehsalı 2,7 dəfə, o cümlədən qeyri-neft-qaz sənayesi üzrə 3,6 dəfə çoxalıb. Xarici ticarət dövriyyəsində 6,5 dəfə, o cümlədən, idxalda 4,5 dəfə, ixracda 8,6 dəfə artıb olub. Təkcə bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici dövriyyəsi 49 milyard 217 milyon 15 min ABŞ dolları təşkil edib. Bunun 36 milyard 335 milyon 549 min dolları ixracın, 12 milyard 881 milyon 466 min dolları idxalın payına düşür.Bütün bunlar, dövlət başçımız Prezident İlham Əliyevin “Güclü iqtisadiyyat ən önəmli şərtdir. Azərbaycanda bütün məsələləri həll etmək üçün ilk növbədə iqtisadiyyat güclü olmalıdır” sözləri iqtisadiyyatın müstəsna rolunun qiymətləndirilməsi baxımından xüsusi məna kəsb etməklə Ulu Öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamının məntiqi davamı kimi də dəyərləndirilə bilər.
BU GÜN AZƏRBAYCAN İQTİSADİ CƏHƏTDƏN HEÇ KİMDƏN ASILI DEYİL, HEÇ BİR ÖLKƏDƏN ASILI DEYİL, HEÇ BİR BEYNƏLXALQ MALİYYƏ QURUMUNDAN ASILI DEYİL
Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, misilsiz cəsarəti və yüksək təşkilatçılığı sayəsində Azərbaycan düzgün istiqamətdə irəliləyir və ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır. Ölkənin iqtisadi inkişafının davamlı olmasını özünün iqtisadi siyasətinin təməl prinsipi kimi dəyərləndirən Prezident İlham Əliyev güclü iqtisadiyyatın önəmini belə vurğulayıb: “Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil”.Azərbaycana son 19 ildə 300 milyard dollara yaxın sərmayə yatırılıb. Xarici investisiyalar 2,2 dəfə artıb. 2004-2021-ci illərdə Azərbaycana 142 milyard dollar həcmində xarici investisiya qoyulub. 2003-2021-ci illərdə Azərbaycanın xarici ticarət əlaqələri qurduğu ölkələrin sayı 124-dən 188-dək və ya 51,6 faiz artıb.Qeyri-neft-qaz sahələrinə yönəldilən investisiyalar isə 7,2 dəfə artıb. 2004-2021-ci illərdə Azərbaycanın qeyri-neft-qaz sektoruna 179,5 milyard dollar həcmində investisiya yatırılıb. 2004-2021-ci illərdə Azərbaycanın digər ölkələrin iqtisadiyyatlarına qoyduğu investisiyaların ümumi həcmi 28,3 milyard dollar təşkil edib. Eyni zamanda, iqtisadiyyatın kreditləşdirilməsi 25,5 dəfə yüksəlib.2023-cü il üçün dövlət büdcəsinin gəlirlərinin 53 milyon 278 min manat artırılaraq 30 milyard 773 milyon 978 min manat müəyyənləşdirilməsi ölkə tarixinin ən yüksək göstəricisi hesab olunur. Dövlət büdcəsinin xərcləri də 53 milyon 278 min manat artırılaraq 33 milyard 353 milyon 278 min manat müəyyənləşdirilib.Azərbaycan həmçinin, dünyada özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Nəhəng neft-qaz layihələri göstərib ki, biz bütün öhdəlikləri yerinə yetiririk. İmzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib.Azərbaycanın bütün uğurlarının, inkişafının təməlində iqtisadiyyatın inkişafı dayanır, ölkə iqtisadiyyatının da təməlində neft strategiyası durur.Bir sözlə, görünməyən dərəcədə əldə olunan bu uğurlar, məhz güclü iqtisadiyyat, güclü dövlət və güclü xalq birliyinin nəticəsidir. Dövlət başçısı çıxışlarında dediyi kimi: «Əlbəttə, gələcəyə baxdıqda, mən tam əminəm ki, Azərbaycan daha da güclənəcək. Bu gün digər məsələləri müzakirə edərkən bir daha Azərbaycan ictimaiyyəti bunu görəcəkdir. Ermənistanın isə inkişafı onun özündən asılı olacaq, Ermənistanın qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Çünki indi hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını itirmişlər. Biz isə 30 il ərzində, - baxmayaraq ki, torpaqlarımız işğal altında idi, - tam siyasi və iqtisadi müstəqilliyə nail olmuşduq. Ona görə bu gün inamla və qürurla öz sözümüzü bütün kürsülərdə deyirik. Ona görə Ermənistan üçün bəlkə də bu, son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək".
Bir sözlə, bütün bu real faktlar bir daha onu təsdiqləyir ki, 2023-cü ildə Azərbaycanımızı, xalqımızı qarşıda daha nəhəng, daha davamlı uğurlar gözləyir - İlham Əliyev cənablarının liderliyi, rəhbərliyi və əlbəttə ki, müdrik siyasəti nəticəsində. Çünki bu gün Onun ətrafında həm də tükənməz xalq amili, tükənməz xalq sevgisi formalaşıb. İnanırıq ki, dövlətimiz bundan sonra da daha güclü iqtisadiyyata sahib olacaq.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər