PDF Oxu

Siyasət

  • 2 044

“Media orqanları arasında "Səs" qəzeti öncül yerlərdən birini tutur” MÜNASİBƏT

“Media orqanları arasında "Səs" qəzeti öncül yerlərdən birini tutur” MÜNASİBƏT

"Səs" qəzeti ölkəmizin media aləmində daim öz dəsti-xətti ilə seçilib. 32 illik mövcudluğu dövründə çoxminli oxucu auditoriyasını öz ətrafında cəmləşdirməyi bacarıb. "Səs" qəzeti fəaliyyət göstərdiyi bu illər ərzində ölkəmizdə və dünyada baş verən proseslərə peşəkar yanaşması, mövzularının aktuallığı, dərin araşdırmaları ilə diqqəti cəlb edib. Xüsusi vurğulanmalıdır ki, qəzet daim dövlətçilik maraqlarından çıxış edib, bu məsələdə öz prinsipiallığını hər zaman qoruyub. Hətta ölkəmiz üçün ən çətin anlarda belə, "Səs" qəzetinin bu duruşu və mövqeyi dəyişməz olaraq qalıb.Bu səbəbdəndir ki, hazırda ölkəmizdə fəaliyyət göstərən və dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunan çap media orqanları arasında "Səs" qəzeti də öncül yerlərdən birini tutur. Müasir dövrdə çap mediası ilə onlayn medianın təmərküzləşməsi fonunda "Səs" qəzetinin bu mərhələni də uğurla adladığını söyləyə bilərik.Bu gün "Səs" qəzetində peşəkar jurnalistlər və yaradıcı heyət fəaliyyət göstərir. Jurnalistlərin etik davranış kodekslərinə riayət edilməsi də bir çoxları üçün örnək sayıla bilər. Bir daha Baş redaktor Bəhruz Quliyevin timsalında "Səs" qəzetinin bütün kollektivini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

Sevinc Seyidova
“Həftə İçi” qəzetinin Baş redaktoru

Digər xəbərlər