PDF Oxu

Siyasət

  • 2 284

“Ulu Öndər "Səs" qəzeti haqqında çox yüksək fikirlər səsləndirib” - MÖVQE

“Ulu Öndər "Səs" qəzeti haqqında çox yüksək fikirlər səsləndirib” - MÖVQE

"SƏS" qəzeti uzun illər - 32 il fasiləsiz nəşr edilən, özünəməxsus informasiya siyasəti olan azsaylı KİV-lərdəndir. Qəzetin fəaliyyətində məlumatlandırma və maarifləndirmə işi əsas xətt kimi keçir. Bununla yanaşı, "SƏS" qəzetinin adı, həm də “Azərbaycanın dövlət maraqları” ifadəsi ilə assosiasiya olunur. Qəzet yarandığı andan bu günə qədər istisnasız olaraq Azərbaycanın dövlət maraqlarının yanında yer tutub. Azərbaycanın müstəqilliyi üçün çalışaraq öz xidmətlərini göstərib. Ümumilikdə baxanda, "SƏS" qəzetinin yaranışı Azərbaycanın müstəqillik tarixi ilə demək olar ki, bərabərdir. Bu da təsadüfi deyil. Çünki qəzet 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyi elan olunan anda müstəqillik hərəkatına dəstək vermək üçün yaradılıb. "SƏS" qəzeti Azərbaycanın müstəqillik əldə etməsi üçün çalışan insanların, təbəqələrin, qrupların ruporuna çevrilib. Bu gün də öz missiyasına sadiqdir. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev də "SƏS" qəzeti haqqında çox yüksək fikirlər səsləndirib. Mən "SƏS" qəzetinin rəhbərliyini və kollektivini təbrik edərək onlara uğurlar arzu edirəm. Necə ki, 32 ildə müstəqil və demokratik Azərbaycan dövlətinin yanında olublar, bundan sonra da öz missiyalarını davam etdirmələrini, daimi olaraq xalqın, dövlətin, müstəqilliyinin ruporu olmalarını arzulayıram. İnanıram ki, belə də olacaq. Çünki qəzetin idarəçilyi əmin əllərdədir.

Müşfiq Ələsgərli
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Media eksperti

Digər xəbərlər