PDF Oxu

Siyasət

  • 4 386

Azərbaycan idmanı diqqət və qayğı ilə əhatə olunub ŞƏRH

Azərbaycan idmanı diqqət və qayğı ilə əhatə olunub ŞƏRH

Dövlətimiz tərəfdən idman sahəsinə xüsusi diqqət yetirilir. 2022-ci il idmançılarımız üçün uğurlu il oldu. Qarşıya qoyulan bütün vəzifələr icra edilərək Azərbaycanın dinamik inkişafı təmin olundu. Xüsusilə də idman sahəsində idmançılarımız qazandıqları qələbələr və ev sahibliyi etdiyimiz beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi bütün dünyaya tanıtdı. Ötən ilə nəzər salsaq görərik ki, idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazandılar. Yarışlarda qazanılan medalların 300-ə yaxını qızıldı. Hər il dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Bu səbəbdən hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Bu məsələdə Azərbaycanın üzərinə böyük məsuliyyət düşür. Keçən il bu çətin vəzifə dövlətimiz tərəfindən uğurla yerinə yetirildi.Həmçinin, idmançılarımız Azərbaycanı Dünya, Avropa çempionatlarında ləyaqətlə təmsil etdilər. Bu məsələdə xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. Beş il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci oldu. Heç şübhəsiz, bu, tarixi qələbə idi. 2022-ci ildə Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında idmançılarımız 99 medalla 4-cü yerə layiq görüldülər.İdman sahəsində əldə etdiyimiz bu uğurlar bizim üçün yetərli olmamalıdır. Gənc idmançıların hazırlanması mütəşəkkil qaydada davam etməlidir. Axır vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir, xüsusilə seleksiya işləri. Bütün bölgələrimizdə keçirilən çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq. Hamıya məlumdur ki, son bir neçə il ərzində dünyada bütün ölkə üzrə müxtəlif yarışlar keçirilib. Bütün bunlar həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda, gənclər, yeniyetmələr, uşaqlar gənc, uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var. Qeyd edək ki, bu gün dövlətimiz tərəfindən idmanın bütün növlərinin inkişafı üçün kifayət qədər vəsait ayrılmaqdadır.Azərbaycan idmanı hər zaman dövlət rəhbərimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyev hələ ötən əsrin 90-cı illərinin sonlarından Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi idman siyasətinin həyata keçirilməsinə yüksək töhfələrini verib. Milli Olimpiya Komitəsinin Prezidenti kimi bu sahədə ictimai fəaliyyəti ilə Azərbaycanda idmanının inkişafında böyük rol oynayıb. Təsadüfi deyil ki, idmançılarımızın ən böyük qələbələri məhz dövlətimizin başçısının bu sahəyə rəhbərliyi illərində qazanılıb. Diqqət və qayğı olan yerdə nəticələrin yüksək olmaması mümkün deyil. Ölkəmizdə idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılıb. Bölgələrimizdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb və bu proses davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub. 2023-cü il Azərbaycan üçün bir çox parametrlər üzrə həlledici il olacaqdır. Azərbaycanda həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilib. Eləcə də, yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. İdman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri əsas istiqaməti bunda görməlidirlər ki, ölkəmiz Yay Olimpiya Oyunlarında da öz gücünü göstərə bilsin.Torpaqlarımızı işğaldan dövlətimizin başçısı İlham Əliyevin yetişdirdiyi Azərbaycan gəncliyi azad etdi. Sevinc və qürur hissi ilə qeyd edək ki, işğaldan azad edilmiş rayon və şəhərlərdə həyat yenidən canlanır və insanlarımız öz doğma torpaqlarına geri qayıdır. Eləcə də, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. İşğaldan azad edilmiş bütün şəhərlərin Baş planları təsdiq edilib. Bu şəhərlərin bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. 2022-ci ildə Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. İşğal dövründə Qarabağ Atçılıq Kompleksi Ağcabədi rayonunda yaradılıb. Qarabağda idmanın bütün növlərinin inkişafı üçün lazım olan tədbirlər görülməkdədir.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər