“Bu qətnamə ölkəmizə qarşı ədalətsiz və qərəzli yanaşmadan başqa heçnə deyil. Bu "sənəd" həmçinin beynəlxalq hüquqa hörmətsizliyin növbəti təzahürü və göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.
Deputat sözlərinə belə davam edib: “Öz növbəmdə bəzi fransızların Makron haqqında dediklərinə "Makron fransızlardan çox Fransada yaşayan ermənilərin Prezidentidir" qatılıram. Makronun bu qətnamənin qəbul edilməsinə ciddi cəhdlə çalışması bunu bir daha təsdiq etmiş olur. Hörməti yalnız ermənilərdən görən Makron, ermənilərə verdiyi vədi yerinə yetirmək istəyir...Məhz ona görə də, fransız xalqı arasında bir mənalı qəbul olunmur”.Ülviyyə Həmzəyeva qeyd edib ki, bu gün Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlət olmaqla yanaşı, Azərbaycan Ordusu dünyanın ən güclü ordu sıralarında yer alır: “Azərbaycan dünyanın bir çox dövlətləri ilə strateji müttəfiqlik haqqında müqavilə imzalamışdır. Bütün bu amillər Azərbaycanın beynəlxalq aləmdə öz təhlükəsizliyini təmin etməsi üçün həyata keçirdiyi çox mühüm addımlardır. Azərbaycan bu gün qüdrətli ölkələr sırasındadır!Azərbaycan sülhsevər və tolerantlıq mücəssəməsidir. Bu gün bölgədə və dünyada daha çox sülhə və təhlükəsizliyə ehtiyac var. Və Azərbaycan dövlətinin səyləri bu yönə istiqamətlənib. Lakin bir sıra dövlətlərin atdıqları addımlara nəzər yetirsək görərik ki, onlar bölgədə sülhün bərqərar olmasında maraqlı deyil, qeyri-sabitlik və qarşıdurma yaratmaq cəhdlərindən əl çəkmirlər.Əgər Fransa və ya Ermənistan, eləcədə onların havadarı düşünürsə ki, bu cür qətnamələrlə Azərbaycanı haqlı mövqeyindən, amalından döndərəcək, səhf edir.Qətnamədə qeyd edilən müddəaların heç birinin hüquqi və beynəlxalq əsası yoxdu. Sənəddə “dağlıq qarabağ respublikasının” müdtəqilliyinin tanınmasının yer alması Ermənistan üçün çox acınacaqlı nəticələrə gətirib çıxara bilər. Ermənistan anlamalıdı ki, Azərbaycanla imzalanmış və Ermənistanın faktiki kapitulyasiyasını qəbul etdiyi bəyanatda göstərilən müddəaları yerinə yetirməkdən başqa heç bir çıxış yolu yoxdur. Ölkə prezidentinin dünənki çıxışında qeyd etdiyi kimi “Əgər biz görsək ki, Ermənistan öz havadarları ilə Azərbaycana qarşı hər hansı təhlükə yaradır, biz dərhal bütün qüvvəmizlə bu təhlükələri aradan qaldıracağıq. Ermənistan və onun havadarlarının bizə qarşı çirkin addımları bizi dayandırmayacaq. Bəri başdan ermənistanı da onun arxasındakı havadarlarını da xəbərdar edirik”.
Azərbaycan xalqının və Prezidentinin mövqeyi prinsipial və qətiyyətlidir. Belə qətnamələrin qəbulundan ən çox əziyyət çəkən yenə nə də Ermənistan və onun bədbəxt olmuş erməni xalqı olacaq. Qoy düşmənlərimiz bilsinlər ki, Azərbaycanımızı bütün təhlükələrdən qoruyacaq, onun çiçəklənməsi və xoşbəxt gələcəyi üçün bütün həyatını həsr etmiş, qətiyyətli Ali Baş Komandanı cənab İlham Əliyev kimi Lideri var”.
Ayşən Vəli