Yanvar ayının 10-u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Müsahibə zamanı cənab Prezident bir çox maraqlı məqamlara toxunub. İlk öncə İkinci Qarabağ Müharibəsindən sonra qarşıda duran vəzifələrdən, onların həyata keçirilməsi istiqamətində görülən işlərdən danışan Prezident İlham Əliyev qeyd edib ki, Vətən Müharibəsində qazandığımız şanlı hərbi Qələbəmiz və müharibənin nəticələri siyasi müstəvidə təsdiqlənib və dünya ictimaiyyəti tərəfindən qəbul olunub. Bu gün müstəqil siyasət aparan Azərbaycan artıq dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Dünyanın siyasi elitasının Azərbaycanın bu qələbənin əldə olunmasında hansı risklərə getdiyini, hansı qüvvələrlə mübarizə apardığını gözəl başa düşdüyünü söyləyən dövlət başçısı əminliklə bəyan edib ki, müharibə bitsə də mübarizə hələ də davam edir və biz qalib gələcəyik.Postpandemiya dövrünə yeni uyğunlaşan dünyada yaranmış böhranlı vəziyyətin mənfi təsiri bizim ölkəmizdən də yan keçməmişdir və bu gün dövlətimiz çalışır ki, bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirsin. Ərazisinin 20 faizi təmamilə dağılmış vəziyyətdə olan, müharibədən yeni çıxmış bir ölkədə sosial sahəyə bu qədər vəsait ayrılırsa, deməli dövlətin sosial siyasəti dəyişməz olaraq qalır və bu da bizim siyasi gücümüzü göstərir. Bütün dünyada ciddi problemə çevrilən inflyasiya fonunda sosial rifah istiqamətində atılan addımlar barədə danışan Prezident İlham Əliyev minimum əmək haqqının artırılması, ünvanlı sosial yardımların verilməsi, orta aylıq əməkhaqqının yüksəldilməsi, özünüməşğulluq proqramı və digər sosial layilərə də toxundu. Qarabağın və Şərqi Zəngəzurun bərpa olunmasının və ordu potensialımızın gücləndirilməsinin uzun illər priroritet istiqamətlər kimi qalacağını bəyan edib. Müsahibə zamanı cənab Prezident şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən göstərilən diqqət və qayğı istiqamətində atılan önəmli addımlardan bəhs etdi. Vətən Müharibəsində əlil olmuş 379 hərbiçinin ən müasir protezlərlə təmin edildiyini və istər şəhid ailələrinə mənzillərin verilməsi, istərsə də əlil olmuş hərbiçilərimizin sağlamlığına qovuşması istiqamətində həyata keçirilən proqramların gündəmdə olduğunu vurğuladı.Rusiya-Ukrayna müharibəsinin bizim uzun illərdir icra etdiyimiz nəqliyyat layihələrinin əhəmiyyətini daha da artırmasını qeyd edən dövlət başçısı bildirib ki, Azərbaycan ərazisində həm Orta Dəhlizlə bağlı, həm də Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb və indi yükdaşınmanın həcminin artırılması üçün nəqliyyatın dəmir yolu sahəsində modernləşdirmə işləri aparılır.Orta Dəhliz istiqamətində ardıcıl siyasət aparıldığını qeyd edən dövlət başçısı 5 il əvvəl açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətindən danışıb və bu il dəmir yolunun ötürmə qabiliyyətinin hazırki 1 milyon tondan 5 milyon tona qədər çatdırılmasının nəzərdə tutulduğunu bildirib.Azərbaycan üçün təkcə iqisadi və nəqliyyat layihəsi deyil, həm də strateji bir layihə olan, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyənatında öz əksini tapan Zəngəzur dəhlizinin iqtisadi səmərəsi barədə söhbət açan və “Zəngəzur dəhlizi” terminini geosiyasi leksikona daxil etdiyini qeyd edən Prezident İlham Əliyev bu layihənin reallaşmasının bizim təbii hüququmuz olduğunu və tarixi zərurət olduğunu əminliklə vurğulayıb. Hazırda Azərbaycanın energetik resurslarına olan maraq əhəmiyyətli dərəcədə artıb, enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əsas yerlərdən birini tutur. Azərbaycanın neft-qaz layihələrindən, Cənub Qaz Dəhlizinin TANAP və TAP layihələrindən, Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsindən bəhs edən dövlət başçısı İlham Əliyev: “2022-ci ildə Avropanın, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsinə kömək göstərilməsi istiqamətində bir sıra addımlar atılıb, Azərbaycan ilə Avropa İttifaqı arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalandı. Bu, Azərbaycanın neft-qaz sahəsinin inkişafında əlamətdar hadisədir. Bu Memorandumun icrası kifayət qədər uğura avam edir. Azərbaycan bir çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra, biz Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladıq və hazırda Avropa İttifaqı ilə tədarükün artırılmasını hədəfləmişik. Lakin bundan ötrü hasilata investisiya qoyulması və mövcud qaz kəmərlərinin genişləndirilməsi zəruridir və biz bunu edirik. Biz neft-qaz sahəsinə aid layihələrə həmişə strateji baxımdan yanaşmışıq, çünki qaz və neft kəmərləri reallaşdırılmasa biz öz resurslarımızla sanki qapalı məkanda qalacağıq” deyə bildirib.Cənab Prezident diqqətə çatdırdı ki, dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulub. Artıq Avropa İttifaqı ilə enerji dialoqunun başlanmasına start verilib. Bu enerji dialoqu çərçivəsində təkcə təbii qaz yox, eyni zamanda yaşıl enerji və yaşıl hidrogen də nəzərdə tutulub. Cənab Prezident müsahibə zamanı Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən ekofəallar haqqında və ümumiyyətlə alsiya haqqında danışaraq aksiyanın əsas iştirakçıları olan gənclərin ünvanına alqış fikirlərini səsləndirib, bundan əlavə Azərbaycan ilə Ermənistan arasında sülhün perspektivi, sülh danışıqları ilə əlaqədar cənab Prezidentin Praqa səfəri, onun İtaliyanın Çernobbio şəhərində yerləşən “Ambrosetti evi” beyin mərkəzindəki çıxışı və digər mövzular ətrafında müsahibə verib.
Günay Məmmədli
YAP Yasamal rayonu “Azərsu” ASC üzrə
ərazi partiya təşkilatının sədri